BolgeXeber.Com » BÖLGƏ TV » Gözəllik salonları: xəstəliyə gedən yol (VİDEO)

Gözəllik salonları: xəstəliyə gedən yol (VİDEO)

17-09-2015, 10:18
Oxunub: 3 271 Gözəllik salonları: xəstəliyə gedən yol (VİDEO)Çox vaxt gözəlləşmək üçün üz tutulan salonlar və bərbərxanalar bəzən sağlamlıq üçün təhlükə olur

Gözəllik salonlarında və bərbərxanalarda gigiyenik vəziyyət heç də ürəkaçan deyil. Çünki əksər salonlar və bərbərxanalarda dövlət standartına, sanitariya qaydalarına əməl edilmir. Buna görə bu obyektlər insanların sağlamlığı üçün təhlükə mənbəyinə çevrilib.

Çox vaxt gözəlləşmək üçün üz tutulan salonlar və bərbərxanalar bəzən sağlamlıq üçün təhlükə olur.

Çünki bir çoxları standartlara məhəl qoymur. Hətta standratın tələblərindən xəbərsiz olan saç ustaları var.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standtartına əsasən əsası manikur və pedikurdan sonra kosmetik vasitələr mütləq sterilizasiya olunmalıdır

Şöbə müdiri Şəhla Yusifzadə deyir ki, həm gözəllik salonlarında, həm də bərbərxanalarda işçilərin tibbi təhsilininin olması standartın tələblərindən biridir.

Standartlara əsasən salonların invetarında olan daraq, qayçı kimi alətlər hər istifadədən sonra qaynar suda yuyulmalı, dezinfeksiya olunmaldır.

Komitənin apardığı monitorinqlər əsasında gözəllik salonlarında sertikatı olmayan, yararlılıq müddəti ötmüş kosmetik məhsullar aşkarlanıb. Əskər bərbərxanalarda isə sanitar şəraitinin olmaması məlum olub.

İlin əvvəlindən bəri aparılan monitorinqlər nəticəsində 4 gözəllik salonun fəaliyyət dayandırılıb.