BolgeXeber.Com » BÖLGƏ TV » Deputatlığa namizəd məmurlara səsləndi-VİDEO

Deputatlığa namizəd məmurlara səsləndi-VİDEO

19-09-2015, 15:49
Oxunub: 2 982 Deputatlığa namizəd məmurlara səsləndi-VİDEO1996-ci ildən Azərbaycan mətbuatında fəaliyyətə başlayan və hazırda Gündəminfo.az xəbər agentliyinin rəhbəri kimi fəailiyyət göstərən Razi Abasbəyli Sabirabad rayon 63 saylı seçki dairəsindən öz namizədliyini irəli sürüb

Bununla bağlı BTV-yə müsahibə verən baş redaktor bildirdi ki, qədim türklərdən ibarət olan Sabirabad rayonu ölkənin inkişaf etmiş rayonları sırasındadır. Ancaq bu o demək deyil ki ,burada problemlər yoxdur. Biz çalışırıq ki, rayonda həllini gözləyən problemləri həlli üçün müvafiq addımlar ataq. Müsahibim onu da əlavə etdi ki, o təkcə namizəd olanda yox, hər zaman rayon sakinlərinin yanında olaraq onların problemləri ilə maraqlanıb.Elə bunun nəticəsidir ki, prezident İlham Əliyevin göstərişi ilə Cavan kəndi ilə Sabirabad rayon mərkəzini birləşdirən Kür çayı üzərində körpü inşa edilib.Razi Abasbəyli üzünü məmurlara tutaraq onları seçki ərəfəsində təmkinli və aqresiyadan uzaq olmağa çağırdı: “Seçki bütün ölkələrdə bir bayram kimi qeyd olunur, biz də bunu bayram kimi qeyd etməliyik. Burada əsəblərin gərilməsinə aqressiv olmaga heç bir lüzum yoxdur”. Sonda Razi Abasbəyli seçkilərin yaxsı keçəcəyinə və nəticələrin xalq üçün xeyirli olacağına ümid etdiyini bildirdi.
Bolgexeber.com