BolgeXeber.Com » BÖLGƏ TV » Migəçevirdə etiraz: məcburi köçkünlər ayağa qalxdı -VİDEO

Migəçevirdə etiraz: məcburi köçkünlər ayağa qalxdı -VİDEO

22-09-2015, 17:52
Oxunub: 3 132 Migəçevirdə etiraz: məcburi köçkünlər ayağa qalxdı -VİDEOBu gün Mingəçevirdə məcburi köçkünlər icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər

Aksiyanın görüntüləri sosial şəbəkələrdə yayılıb. Sakinlərin dediyinə görə, onların etiraz etməsinə səbəb icra hakimiyyətinin nümayəndələri tərəfindən haqlarının yeyilməsidir. Belə ki, şəhər icra hakimiyyəti köçkünlərə ev verəcəyi ilə bağlı ümidlər versə də buna əməl etməyib. Görüntülərdən də göründüyü kimi aksiya zamanı etirazçılar içərisində vəziyyəti pisləşənlər olub. Sakinlərin sözlərinə görə, icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi bildirib ki, bu problem Qurban bayramından sonra öz həllini tapacaq.
Bolgexeber.com