BolgeXeber.Com » BÖLGƏ TV » Məkkə faciəsinin SENSASİON TƏFƏRRÜATLARI - VİDEO (18+)

Məkkə faciəsinin SENSASİON TƏFƏRRÜATLARI - VİDEO (18+)

26-09-2015, 11:47
Oxunub: 3 047 Məkkə faciəsinin SENSASİON TƏFƏRRÜATLARI - VİDEO (18+)“Ən böyük problemlər şeytanın daşlanması prosesi zamanı ortaya çıxır”

Məkkədə 753 zəvvarın ölümünə səbəb olan hadisənin bəzi təfərrüatları məlum olub.Bolgexeber.com report-a istinadən xəbər verir ki, Məkkədə olan türkiyəli jurnalist Nevzat Çiçek müqəddəs yerlərə ziyarətin təşkil olunmasında ciddi problemlərin yaşandığını yazıb.

Müşahidə etdiyi çatışmazlıqları qələmə alan jurnalist yazıb ki, Həcc ziyarətinə gedənləri isti və qarışıqlıq gözləyir:

“Zəvvarlar xüsusi təşkil olunmuş şəkildə gəliblərsə, nizamlı şəkildə hərəkət edirlər. Küçələrdə su butulkaları və kömək üçün paylanılan vasitələrin tullantılarının çoxluğu bəzən hərəkət etməyə belə çətinlik yaradır. Xüsusilə Afrika, Hindistan, Pakistan, Banqladeş kimi ölkələrdən gələn zəvvarlar Ərəfat dağında necə gəldi gecələyirlər. Onlar su və tualet ehtiyaclarını hər yerdə rahat şəkildə qarşılayırlar və özlərinə məxsus “şərait” yaradırlar”.

N.Çiçək yazıb ki, zəvvarlar Ərəfata, oradan Müzdəlifəyə və daha sonra Kəbəyə 20 km-lik yolu piyada getməlidirlər:

“Ən böyük problemlər də piyada gedilən bu yolda təvaf və şeytanın daşlanması prosesi zamanı ortaya çıxır. Təşkilatlanmış formada gəlməyənlər öz qanunlarını diqtə edirlər və çox zaman onların “qanunlar”ı digər insanların həyatları bahasına başa gəlir. Həm Kəbədə, həm də Minada şeytan daşlanması zamanı heç bir qanuna tabe olmayan, küçələrdə yatan, təvaf zamanı qol-qola girərək izdihamı itəliyə-itəliyə aparan, xüsusilə Afrikadan və Hindistandan gələn müsəlmanlar insanların əzilməsinə səbəb olurlar. Qarışıqlıq salan zəvvarlar qısa olması üçün fərqli istiqamət seçir və doğru olmayan yollardan gedirlər ki, bu da yüzlərlə insanın həyatını itirməsinə səbəb olur”.

Türkiyəli jurnalist yazısında həmçinin qeyd edib ki, zəvvarlar kran qəzasından qısa müddət sonra təkrar kranların altında namaz qılmaq məcburiyyətində qalıblar:

“Səudiyyə Ərəbistanının Kəbənin ətrafında mütəmadi olaraq genişləndirmə işləri aparması zəvvarlar üçün problemə çevirilib. Kəbəyə gələnlərin çoxu bu yerləri tanımadığı üçün inşaatın olduğu yerlərdə açıq məkan görən kimi istifadə etməyə çalışırlar. Həcc ziyarəti böyük təşkilatçılıq tələb edən işdir. Səudiyyə Ərəbistanı bu işi tam şəkildə təşkil edə bilmir. Həcc ziyarəti üçün gələn ölkə təmsilçilərinin də təşkilatçılıq işi daha işlək şəkildə olmalıdır. Kəbənin genişləndirilməsi işi qısa zamanda başa çatdırılmalı və bu iş ciddi planlanmış şəkildə aparılmalıdır. Ərəfatdan gedən avtobuslar müəyyən fasilələrlə hərəkət etməlidir. Şeytanın daşlandığı bölgənin giriş və çıxışlarında hərəkətli lentlər quraşdırılmalıdır. Müəyyən yaş qrupları üçün xüsusi proqramlar olmalıdır. Çünki yaşlı hacı namizədləri yıxıldqları an özlərilə bərabər digərlərinin də əzilməsinə səbəb olurlar”.

Qeyd edək ki, ötən gün Məkkədə şeytanın daşlanması zamanı meydana gələn izdiham nəticəsində 753 zəvvar dünyasını dəyişib, 800-dən çox insan yaralanıb. Bu, Həcc tarixində baş verən ən böyük faciələrdən ikincisidir. 1990-cı ilin iyul ayında Məkkədə piyada tunelində yaranan izdihamda 1 462 nəfər dünyasını dəyişmişdi. Onlardan 426-sı Türkiyə vətəndaşı idi. Son 25 ildə Həcc ziyarəti məqsədilə Səudiyyə Ərəbistanına gedən zəvvarlardan 3 500 nəfəri dünyasını dəyişib.