BolgeXeber.Com » BÖLGƏ TV » Mingəçevirdə məcburi köçkünlər aksiya keçirir — VİDEO

Mingəçevirdə məcburi köçkünlər aksiya keçirir — VİDEO

28-09-2015, 15:09
Oxunub: 2 688 Mingəçevirdə məcburi köçkünlər aksiya keçirir — VİDEOMingəçevirdə məcburi köçkünlərlə səhiyyə işçiləri arasında qarşıdurma yaranıb

Bu dəqiqələrdə Şəkərli Diabet Dispanserində məskunlaşmış məcburi köçkünlər qapını arxadan bağlayaraq həkimləri içəri buraxmırlar. Məlumat üçün qeyd edək ki, sözügedən səhiyyə ocağının bir hissəsində Ağdam və Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıblar.

Ölkə.Az məsələ ilə bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin özünü təqdim etmək istəməyən əməkdaşı bildirib ki, belə hadisələr şəhərdə tez-tez baş verir:

"Məcburi köçkünlər ev bölgüsündən narazıdırlar. Ona görə tez-tez yolu kəsirlər, həkimləri xəstəxanaya buraxmırlar".

Məsələni diqqətdə saxlayacağıq.
Bolgexeber.com