BolgeXeber.Com » BÖLGƏ TV » Rəmişin xanımı: Gəzdiyi qadını evimə gətirdi — VİDEO

Rəmişin xanımı: Gəzdiyi qadını evimə gətirdi — VİDEO

30-09-2015, 09:14
Oxunub: 2 798 Rəmişin xanımı: Gəzdiyi qadını evimə gətirdi — VİDEO“Atamla anam ayrılmışdı. Ögey anam məni yola vermirdi, evdən qaçdım, bir ailə ilə yaşayırdım"

Xalq artisti Rəmiş və həyat yoldaşı Gülü xanım ATV-də yayımlanan “Bir sevgi tarixçəsi” verilişinin qonağı olub.

Gülü xanım ailə həyatından bunları danışıb:

“Atamla anam ayrılmışdı. Ögey anam məni yola vermirdi, evdən qaçdım, bir ailə ilə yaşayırdım. Rəmişə dedim ki, “Atamgildən ayrıldım”.

Bir gün işdən çıxanda məni götürdü və başqa yerə apardı. Həmin il avqustun 24-də ailə qurduq.

Ailəli olduğumuz ərəfədə başqa bir xanımla oturub-dururdu. Dedi ki, “Onu evimizə gətirəcəyəm”. Razılaşdım. O qadın da Rəmişin mənimlə evli olduğunu bilirdi. Gəzdiyi qadını evimə gətirdi, 4 ay onu saxladım”.


Ölkə.Az