BolgeXeber.Com » BÖLGƏ TV » Əməkdar artist Kübra Əliyeva ağladı: "Allah balamı məhv edənlərin cəzasını versin" - VİDEO
Əməkdar artist Kübra Əliyeva ağladı: "Allah balamı məhv edənlərin cəzasını versin" - VİDEO
30-09-2015, 13:01
Oxunub: 5 492
Kübra Əliyeva: Varımı-yoxumu övladımın yolunda qoydum
Əməkdar artist Kübra Əliyeva “ATV Maqazin” verilişinə açıqlama verib.
Bolgexeber.com xəbər verir ki, axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl oğlunu itirən aktrisa göz yaşlarını saxlaya bilməyib:
“Hər kəs bilir ki, mən onun üçün nə qədər əziyyət çəkib, nələr etmişəm. Allah balamı məhv edənlərin cəzasını versin. Allah heç bir anaya göstərməsin. Böyük dərddir. Analar oğul çiynində gedər. Ananın övladı yola salması çətindir. Balalarımın hamısına eyni tərbiyəni vermişəm. Dünyanı bürüyən dəhşətli xəstəlik…
Narkotikdən sonra yaranan qaraciyər xəstəliyi onu bu hala saldı. Varımı-yoxumu Raufun yolunda qoydum. Dedim, qanını dəyişdirib, onu bu yoldan döndərəcəm. Üç-dörd gün əvvəl mənlə danışmışdı. Deyirdi, “Ana kaş ki, zamanı geri qaytarardım”. Çox peşman idi”.
Xatırladaq ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən, Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 46 yaşında həbsxanada dünyasını dəyişib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər