Ərini öldürüb meşədə basdıran tibb bacısı imiş — FOTO+ VİDEO
2-10-2015, 09:25
Oxunub: 3 914
Bakının Yasamal rayonunda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub
Aparılan araşdırmalar zamanı Kamran Mahmudovun öz həyat yoldaşı Lalə Mahmudova və onun Sədi adlı tanışı tərəfindən öldürüldüyü təsdiqlənib. Həmin şəxslər meyiti hissələrə bölərək İsmayıllı rayonu ərazisində meşədə basdırıblar. Meyitin basdırıldığı təxmin edilən əraziyə baxış keçirilib və Kamran Mahmudovun hissələrə bölünmüş meyiti aşkarlanıb.
Qətli törətmiş Lalə Mahmudovanın Respublika Dəri-Zöhrəvi Dispanserində tibb bacısı, qətldə iştirak edən Sədi adlı şəxsin isə zərgər işlədiyi bildirilir.
Zərgər işləyən şəxsin Mərkəzi Univermaqda iki mağazasının olduğu qeyd edilir. Onun Lalə Mahmudova ilə tanışlığı qızın anası vasitəsilə olub. Hər iki şəxs Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaq orqanına təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır (APA TV).
* * *11:54
Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.
Yasamal Rayon Polis İdarəsindən virtualaz.org-a bildiriblər ki, sentyabrın 26-da Kamran Mahmudov adlı şəxs itkin düşüb. Sonradan onun meyiti İsmayıllıdakı Talışıstan meşəsi yaxınlığında, özünə məxsus olan 10 KA 009 nömrəli, "BMW" markalı maşının yük yerində tapılıb.
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları ilə birlikdə aparılan araşdırma zamanı K.Mahmudovun həyat yoldaşı Lalə Mahmudova və onun Sədi Məmmədov adlı tanışı tərəfindən öldürüldüyü məlum olub. Həmin şəxslər meyiti hissələrə bölüblər. Sevgililər əlbir olaraq səhər saat 4-də Mahmudovun cəsədini evdən çıxarıb və İsmayıllı rayonundakı meşəyə aparıblar. Qatillər saxlanılaraq istintaq orqanına təhvil veriliblər.
İlkin məlumata görə, qadın ərini onu boşamaq istəmədiyinə görə öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər