BolgeXeber.Com » BÖLGƏ TV » ''Kababın tüstüsündən yanırıq'' - Qaraçuxurda toy etirazı VİDEO

''Kababın tüstüsündən yanırıq'' - Qaraçuxurda toy etirazı VİDEO

5-10-2015, 10:01
Oxunub: 3 477 ''Kababın tüstüsündən yanırıq'' - Qaraçuxurda toy etirazı VİDEOBakıda bir neçə gün əvvəl Qaraçuxur qəsəbəsində toy məclisində düşən dava ilə gündəmə gələn şadlıq sarayında yenə aləm qarışıb

Bu dəfə dava edən qonaqlar yox, şadlıq sarayının yaxınlığında yaşayan sakinlərdir. Criminal.az xəbər verir ki, ''Orion'' şadlıq sarayının yaxınlığında yaşayan sakinlər kəskin etiraza qalxıblar. Onlar şadlıq sarayında məclislər zamanı bişirilən kabab tüstüsündə ''yanırlar''.
Sakinlər şadlıq sarayında keçirilən hər toy məclisində ətrafa yayılan kabab tüstüsündən cana gəldiklərini, buna son qoyulmasını tələb edirlər. Bildirirlər ki, kiminsə xoşbəx günü onlar üçün cəhənəm əzabına çevrilə bilməz. Onlar şadlıq sarayına gələrək etirazlarını bildiriblər.

Bolgexeber.com həmin anların qısa videosunu oxuculara təqdim edir…