BolgeXeber.Com » BÖLGƏ TV » Göyçay həkimlərindən olunan şikayəti kim ört-basdır etmək istəyir? – VİDEO

Göyçay həkimlərindən olunan şikayəti kim ört-basdır etmək istəyir? – VİDEO

5-10-2015, 16:02
Oxunub: 2 755 Göyçay həkimlərindən olunan şikayəti kim ört-basdır etmək istəyir? – VİDEOBəs Akif Quliyevi Göyçay rayon Mərkəzi Xəstəxanasında kim müayinə və müalicə edib?

Göyçay rayon, Qaraməryəm kənd sakini Səbuhi Fəxrəddin oğlu Quliyev üzləşdikləri problemlə bağlı FaktXəbər-ə müraciət edib. Səbuhi Quliyev bildirir ki, 03 iyun 2015-ci ildə qardaşı Akif Quliyev, nişanlısı Vüsalə Yəhyayeva və Teyyub Quliyev baş vermiş yol nəqliyyat hadisəsi zamanı ciddi şəkildə xəsarət alaraq, Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın baş həkimləri Mərdəli Hacıyev, Famil Novruzov və Elman İbadov müalicənin davaçı üçün ondan rüşvət istəyib.

Daha sonra Səbuhi Quliyev bildirir ki, qardaşı Akif Quliyevə kislarod balonunun qoşulması üçün reduktor lazım olub və həmin reduktoru Vüsalənin əmisi Sabit Yəhyayev 25 manata alıb gətirib. Həkim Famil Namazov Vüsalənin müalicəsi üçün Bakıdan həkim gəlməli olduğunu söyləyib. Onlar bununla razılaşdıqda isə Famil Namazov onları kənara çəkərək, Bakıdan gələcək təcili tibbi yardım avtomobili və həkimin 2000-3000 manat xərci olduğunu bildirib.

Eyyub Quliyevi xəstəxanadan çıxararkən həkim-travmatoloq Mərdəli Hacıyev və Elman İbadov ondan 350 manat pul tələb ediblər, ancaq Səbuhi Quliyev pulu onlara verməyib. Amma sonradan təklikdə Famil Namazova 700 manat verib. Bu hadisədən sonra Qaraməryəm kənd xəstəxanasının baş həkimi İsa həkim Eyyub Quliyevi, Famil Namazov isə qardaşı Akif Quliyevi məcbur edərək onlardan xəstəxana pul tələb olunmaması ilə bağlı izahat alıblar.

Səbuhi Quliyev qeyd edilən faktlarla bağlı Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə müraciət edib. Bu müraciətdən sonra Baş Prokurorluğun təklifi ilə Səhiyyə Nazirliyi Göyçay rayon Mərkəzi Xəstəxanasında komissiya yaradıb. Komissiya isə qərar verib ki, ümumiyyətlə həkim-travmatoloq Mərdəli Hacıyev və həkim-cərrah Famil Namazov onun qardaşını müayinə və müalicə etməyiblər. Həkimlər bildiriblər ki, Akif Quliyevin ailəsindən və yaxınlarından rüşvət tələb etməyiblər.

Maraqlıdır ki, sözügedən şikayətdə adı çəkilən həkimlərdən heç biri izahatlarında Akif Quliyevi mülaciə etmədiklərini, sadəcə Eyyub Quliyevi və Vüsalə Yəhyayevanı müayinə-müalicə etdiklərini, onların isə sonradan öz istəkləri ilə müalicələrini davam etdirmək üçün Bakıya getdiklərini deyiblər.

Belə olduqda sual yaranır: Bəs Akif Quliyevi Göyçay rayon Mərkəzi Xəstəxanasında kim müayinə və müalicə edib?

Səbuhi Quliyev iddia edir ki, onun həkimlərdən etdiyi şikayəti ört-basdır edirlər. Və o, buna sübut kimi Famil Namazovla apardığı danışığın səs yazısını, bəzi videoları da bizə təqdim edib. Danışıqlardakı şok açıqlamalara isə heç bir şərh vermək istəmirik.

Redaksiyadan: Obyektivlik naminə şikayət məktubunda adı çəkilən şəxslərin də fikirlərini dinləməyə və dərc etməyə hazırıq.
Bolgexeber.com