BolgeXeber.Com » BÖLGƏ TV » Müəllimə məktəb direktoru ilə mərcə girib dərsdə soyundu (VİDEO,FOTO)

Müəllimə məktəb direktoru ilə mərcə girib dərsdə soyundu (VİDEO,FOTO)

9-10-2015, 15:38
Oxunub: 4 547 Müəllimə məktəb direktoru ilə mərcə girib dərsdə soyundu (VİDEO,FOTO)Hollandiyada məktəblərdən birində maraqlı hadisə baş verib

BAKU.WS-in məlumatına görə, ölkənin qərbindəki Hazersvoude qəsəbəsində bir məktəbdə biologiya müəllimi hər kəsi təəccübləndirəcək hərəkət edib. Debbi Heerkens adlı müəllimə məktəbin direktoru ilə bir qutu şokalad üçün mərcə girib.

Direktor və müəllimənin mərcinə görə, Debbi biologiya dərsində tələbələr qarşısında soyunacak və bunu kamerya çəkib YouTube-a yükləyəcək. Mərc isə bunun nə qədər insan tərəfindən izlənəcəyi ilə əlaqədar idi.

Məktəb müdiri bu videonun 8 min 500-dən çox izlənməyəcəyini bildirib. Müəllimə Debbi isə videonun ən az 10 min izlənəcəyini deyib və "Groene Hart Rijnwoude" məktəbinin 5-ci sinif biologiya dərsinə girib. Bir şagirdin partası üzərinə çıxan müəllimə şagirdlərin gözü qarşısında soyunmağa başlayıb.

Ancaq müəllimənin geyimlərinin altından alt paltarları yerinə, üzərində sümüklər, daxili orqanlar və əzələlərin göründüyü bir paltar çıxıb. Debbi biologiya dərsində şagirdlərə insanın bədən quruluşunu əyləncəli şəkildə izah edə bilmək üçün bu addımı atıb.

Müəllimin qeyri-adi addımı Youtube-də partlayış effekti yaradıb və 50 mindən çox insan videonu izləyib. Məktəbin Facebook səhifəsində da paylaşılan video haqqında minlərlə şərh yazılıb.
Bolgexeber.com

Müəllimə məktəb direktoru ilə mərcə girib dərsdə soyundu (VİDEO,FOTO)
Müəllimə məktəb direktoru ilə mərcə girib dərsdə soyundu (VİDEO,FOTO)
Müəllimə məktəb direktoru ilə mərcə girib dərsdə soyundu (VİDEO,FOTO)