BolgeXeber.Com » BÖLGƏ TV » ANS-in efirində biabırçılıq -Bunlar erotik səhnələrdir? 18 +

ANS-in efirində biabırçılıq -Bunlar erotik səhnələrdir? 18 +

12-10-2015, 13:58
Oxunub: 6 095 ANS-in efirində biabırçılıq -Bunlar erotik səhnələrdir? 18 +Bu hal «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.7 və 2.8-ci maddələrinə ziddir


Məlum olduğu kimi, MTRŞ ANS tv-nin bəzi verlişlərində milli-mənəvi dəyərlərə zidd nüansların olduğunu bildirir, ANS isə bunu inkar edir.

Bununla bağlı MTRŞ şöbə müdiri Təvəkkül Dadaşov sosial şəbəkədə maraqlı qeydlər edib. O yazıb ki, “Paylaşdığıma görə, burdakı dostlardan mən üzr istəyirəm, amma efirdə yayımladığına görə ANS heç kimdən üzr istəməmişdi və üstəlik də kanalın təbirincə, burda milli-mənəvi dəyərlərə zidd heç nə yoxdu:
– 24.02.2014-cü il tarixdə saat 20.00 və 21.00 arası yayımlanan «Ağabəyovlar» teleserialında erotik səhnə nümayiş etdirilmiş və həmin səhnə zamanı ədəbsiz ifadələr işlədilmişdir: «…o ki qaldı İldırımın doğrama aparatına, o, çoxdan paslanıb. Yəqin gecələr hiss edirsən…sənə duduşuna kəpənəklər yığışan kişi lazım deyil. Mənim kimi cavan oğlan lazımdı». (saat 20.28-də)
Bu hal «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.7 və 2.8-ci maddələrinə ziddir.7 sentyabr 2014-cü il tarixdə saat 22.30 – 23.20 arasında yayımlanan «Komedi.az» yumoristik verilişində qeyri-etik sətiraltı məzmunlu ifadələrə yer verilmişdir (saat 22.43-də). Belə ki, personajlardan biri tərəfindən oxunan şeirlər aşağıdakı məzmunda olmuşdur:

Qonşumuz işləyir məktub paylayan
Hələ də heç kimə vurmayıb ziyan
Hərdən xəstələnir beli ağrıyır.
Ağrıya baxmayır yenə paylayır.
Yenə paylayır, yenə paylayır…
Ağrıya baxmır yenə paylayır.

Sərxoş halda qonşum su daşıyırdı.
Ağzına nə gəldi sayıqlayırdı.
Ayağı ilişdi diz üstə çökdü.
Vedrəni aşırıb üstünə tökdü.
Üstünə tökdü, üstünə tökdü…

Müəllimə məktəbdə izah edirdi
Diqqətlə oxuyun dərsi deyirdi
Heyvanat aləmi çox məzəlidir
Sürünən deyil bu, bu, məməlidir.
Bu məməlidir, bu məməlidir…

Məhlədə bir qıza kitab vermişəm.
Sonradan bildim ki, səhv etmişəm.
Kitabı qaytar, hər gün deyirəm.
Deyir qoy oxuyum sabah verərəm.
Sabah verərəm, sabah verərəm…

Almışam dükanda kitay qələmi
Yonuram, yazmayır, cırır dəftəri.
Hamısı qırıldı qaldı sonuncu.
Yonmaqdan qələmin yeyildi ucu.
Yeyildi ucu, yeyildi ucu…

Bu hal «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar»ın 2.8-ci maddəsinə ziddir.

Bolgexeber.com