BolgeXeber.Com » BÖLGƏ TV » Tərtərdə qanvermə aksiyası keçirilib-VİDEO

Tərtərdə qanvermə aksiyası keçirilib-VİDEO

15-10-2015, 13:13
Oxunub: 993 Tərtərdə qanvermə aksiyası keçirilib-VİDEOOktyabrın 14-də Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya institutunun birgə təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilmişdir

Bolgexeber.com xəbər verir ki, aksiyada Tərtər rayonunda fəaliyyət göstərən bütün idarə və təşkilatların işçiləri, o cümlədən adi vətəndaşlar da həvəslə iştirak etmişlər.
Qanvermə aksiyasının məqsədi hemotologiya və talessemiya irsi qan xəstəlikləri olan şəxslərə kömək etməkdir.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçmiş, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilmişdir.
Aksiyada 211 nəfər qan vermişdir.
Aksiyada iştirak edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, həyatının davamı üçün başqalarının köməyinə ehtiyacı olan insanlara kömək etmək hər birimizin vətəndaşlıq borcudur. Gəlin, belə insanların taleyinə biganə qalmayaq və imkanımız yetdiyi qədər onlara öz yardım əlimizi uzadaq.