BolgeXeber.Com » BÖLGƏ TV » Dünya çempionatının son günündə qızıl medal qazandıq - VİDEO

Dünya çempionatının son günündə qızıl medal qazandıq - VİDEO

16-10-2015, 11:40
Oxunub: 2 543 Dünya çempionatının son günündə qızıl medal qazandıq - VİDEOBu gün Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dunya cempionatı başa çatıb.

Qaynar.info xəbər verir ki, həlledici mərhələdə 2 idmançımız iştirak edib.

Milli üzvlərindən finalda ilk rinqə çıxan Elvin Məmişzadə (52 kq) olub. O, kubalı Yosbani Veytiya ilə qarşılaşıb. Elvin güclü rəqibinə 3:0 hesabı ilə qalib gələrək uzun müddətdən sonra ilk dünya çempionumuz olub.Digər finalçımız, Elvin kimi Avropa Oyunlarının qalibi olmuş dağıstan ləzgisi Albert Səlimov (60 kq) da kubalı boksçu ilə qarşılaşıb. 2 qat dünya çempionu Lasaro Alvareslə gərgin görüşdə təmsilçimiz xalda üstün olsa da, 2-ci raundda bəxtsizliklə üzləşib. Səlimovun qaşı partladığı üçün həkimlər döyüşməyə icazə verməyib. Belədə onun kubalı rəqibinə texniki qələbə verilib.

69 kq çəki dərəcəsində döyüşən Pərviz Bağırov isə olimpiya lisenziyası uğrunda ən güclü III yerin sahibini müəyyənləşdirmək üçün çinli Liu Ve ilə görüşməli olsa da, döyüşə çıxmayıb. Belə ki, Mingəçevir boks məktəbinin yetirməsi bundan öncə Braziliyada keçiriləcək Olimpiadaya vəsiqəni və bürünc medalı qazandığından, bu döyüşə ehtiyac duyulmayıb.

Bununla da millimiz dünya çempionatını ilk dəfə 4 medalla tamamlayıb. Bunadək rekordumuz 3 medal olub.

Xatırladaq ki, 91 kq-da mübarizə aparan Abdulqadir Abdullayev də Pərviz Bağırov kimi bürünc medal qazanıb. Elvin Məmişzadə və Pərviz Bağırov həm də Rio-2016-ya vəsiqə qazanıblar. Albert Səlimova (60 kq) gəlincə, o, WSB liqasından Azərbaycan idmançıları arasında olimpiya oyunlarına ilk lisenziyaya sahib çıxıb.
Bolgexeber.com