BolgeXeber.Com » BÖLGƏ TV » Lənkəran su altında: sakinlər köçürüldü, mal-heyvan tələf oldu - TƏBİİ FƏLAKƏT(VİDEO)
Lənkəran su altında: sakinlər köçürüldü, mal-heyvan tələf oldu - TƏBİİ FƏLAKƏT(VİDEO)
17-10-2015, 12:14
Oxunub: 1 345
Oktyabrın 16-da səhər saatlarından başlayan şiddətli yağışlar nəticəsində Lənkəranın bir neçə yaşayış məntəqəsini su basıb
Ən kritik vəziyyət rayonun Bürcəli, Türkəkəran və Yuxarı Nüvədi kəndlərində yaşanıb. Həmin ərazilərdə onlarla fərdi yaşayış evinin həyətyanı sahələri sel sularına qərq olub, nəticədə yerli sakinlərə maddi ziyan dəyib.
"Həyətimizi su basıb, mal-qaranın hamısı tövlədə qalıb. Özümüz güc-bəla ilə evdən çıxmışıq. Dəymiş ziyan barədə hələ dəqiq heç nə deyə bilmərəm. Amma onu bilirəm ki, toyuq-cücə, tövlədəki mal-qara hər halda tələf olub".
"Mənə də xeyli maddi ziyan dəyib. 40 baş hinduşkam, 50 başadək toyuq-cücəm tələf olub. Tövlədəki 3 baş mal-qara da yəqin indi boğulub".
Qeyd edək ki, dağdan gələn güclü sel suları həmçinin Ələt-Astara magistralının Bürcəli kəndindən keçən hissəsində yola axdığından nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasedicilərinin və texnikasının səyləri ilə 10-a yaxın evdən köməksiz vəziyyətdə qalmış 20-dən çox sakin evakuasiya olunaraq qohumlarının yanına köçürülüb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.
APA TV


Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət