BolgeXeber.Com » BÖLGƏ TV » Tərtərdə deputatlığa namizəd bələdiyyə sədrini döyüb-VİDEO

Tərtərdə deputatlığa namizəd bələdiyyə sədrini döyüb-VİDEO

19-10-2015, 17:25
Oxunub: 2 887 Tərtərdə deputatlığa namizəd bələdiyyə sədrini döyüb-VİDEOSon vaxtlar mediada Şəhriyar Məcidzadə haqqında xoşagəlməz xəbərlər yayılmaqdadır

Tərtər rayonunda döyülmə faktı qeydə alınıb. Belə ki,Tərtər rayonu Mamırlı kəndinin bələdiyyə sədri Kamal Quliyev 95 saylı Tərtər seçki dairəsindən qeydə alınmış namizəd Şəhriyar Məcidzadənin adamları tərəfindən döyülüb. Adıçəkilən namizədin atası və qohumları tərəfindən hücuma məruz qaldığını deyən şikayətçi ortada heç bir səbəb olmadan döyüldüyünü iddia edir. Şikayətçi deyir ki, burada mənəm Bağdadda kor Xəlifə deyib ağalıq etmək istəyən Məcidzadə hələ deputat seçilməmiş belə edir,deputat olduqdan sonra günümüzü göy əskiyə bürüyər. Qeyd edək ki,son vaxtlar mediada Şəhriyar Məcidzadə haqqında xoşagəlməz xəbərlər yayılmaqdadır. Bir müddət öncə namizədin Tərtər rayonunun İsmayılbəyli kəndinə səfəri zamanı sakinlərlə kobud davrandığı manşetlərində öz yerini tutmuşdu.
Bolgexeber.com