BolgeXeber.Com » BÖLGƏ TV » Qubada torpaq alıb ev tikmək müşkil işə çevrilib - VİDEO

Qubada torpaq alıb ev tikmək müşkil işə çevrilib - VİDEO

22-10-2015, 14:25
Oxunub: 2 995 Qubada torpaq alıb ev tikmək müşkil işə çevrilib - VİDEOQuba şəhəri ərazisində fərdi ev tikmək üçün torpaq sahəsi almaq çətinləşib

Səbəb şəhər ərazisində boş torpaqların olmaması ilə bağlıdır. Torpaq almaq üçün Quba şəhər Bələdiyyəsinə 3 minə yaxın vətəndaş müraciət edib. Amma onlara yaşayış yeri üçün torpaq vermək mümkün olmayıb. Bələdiyyədən bildirirlər ki, müraciət edənlərin hər birinə 5 sot torpaq sahəsi vermək üçün 150-200 hektara yaxın boş sahəyə ehtiyac var. Belə vəziyyətdə vətəndaşlar məcbur qalıb torpaq almaq üçün fərdi şəxslərə müraciət etməli olur. Bu isə Quba sakinlərinə baha başa gəlir.