BolgeXeber.Com » BÖLGƏ TV » BINƏQƏDI ICRA BAŞÇISININ RAYONUNDAKI KAZINO ŞƏBƏKƏSI – VİDEO

BINƏQƏDI ICRA BAŞÇISININ RAYONUNDAKI KAZINO ŞƏBƏKƏSI – VİDEO

26-10-2015, 13:05
Oxunub: 3 730 BINƏQƏDI ICRA BAŞÇISININ RAYONUNDAKI KAZINO ŞƏBƏKƏSI – VİDEOSon günlər ictimaiyyətin diqqət mərkəzində olan icra başçılarından biri də Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub

Məlum bina yanğını, icra hakimiyyətinin rüşvət siyahısı, vətəndaşların tikinti işlərinə qoyulan haqlar və s. qalmaqallarda adı hallanan icra başçısı hələ də medianın “qara siyahı”sındadır. Amma “Təmiz Binəqədi” adı altındakı çirkinlər bununla bitmir. Binəqədi rayonunda baş verən müəmmalı proseslərdən biri də bu ərazidəki kazino və qumarxanalarla bağlıdır.
Xatırladaq ki, məhz medianın sayəsində Binəqədi rayonu, 7-ci mikrorayon, 1260- cı keçid, 69 a ünvanında VİP CLUB-da gizli kazino aşkar olunmuşdu. Həmin kazinoda açıq şəkildə loto oynayırlar. Bu məkanla məlumata görə həmin “lotoxana” “RİAD” Təhlükəsizlik xidmətinin əməkdaşı, bir neçə il əvvəl A.R CM-nin 234.1 maddəsi ilə məhkum olunan Vüsal Rzayev adlı şəxsə məxsusdur. Kazino fəaliyyətinə “icazə almaq” üçün Vüsal Rzayev 100 min manat verməli olub.
Məlumata görə, VİP CLUB-un sahibi Vüsal Rzayevin belə bir icazə alması üçün 100 min manat xərcləməsi ilkin ödəmə olub. Belə ki, bununla bağlı problem ortaya çıxacağı təqdirdə, daha əlavə vəsaitə gərək olacağı şərti kəsilib. Elə bu səbəbdəndir ki, VİP Club-un rəhbərliyi məsələnin mətbuata çıxmasından dolayı Binəqədi İcra Hakimiyyətindəki adamına daha 100 min ödəməli olub.Binəqədi rayonunda yeni qumarxana aşkar olundu.

Azerinews.tv bildirir ki, bir neçə gün öncə qafqaznews.az-a Binəqədi rayonu 6- cı mikrorayon, Svetlana Məmmədova küçəsi, 203 b binanın qarşısında və 79 saylı MKTŞ-nin, 7- ci polis bölməsinin 10/2 və 10/3 məntəqəsinin qabağında yerləşən “Həyat Kafe” adlı yerdə kazino fəaliyyəti göstərməsi barədə məlumat daxil olmuşdur. Məlumatı dəqiqləşdirmək üçün jurnalistlər hadisə yerinə baş çəkiblər və orda çəkiliş apararaq kazinonun fəaliyyət göstərdiyi dəqiq tarixi və saatı lentə alıblar. Ən çox narahatçılıq hissi doğuran odur ki, Binəqədi RPİ-nin 7-ci polis bölməsinin iki sahə inspektorunun həmin ərazidə məntəqəsi yerləşsə də, onlar kazinonun fəaliyyətinə göz yumurlar. Əməkdaşların hadisə yerindən apardığı videoçəkilişdən açıq -aydın görünür ki, həmin kafe kazino kimi fəaliyyət göstərir. Çəkilişdən bəlli olur ki, müştəri kazinonun kassadan aldığı pin kod biletini kompüterdə 46-62-32-38-03-76-80 rəqəmlərini yığmaqla kafedə qumar oyunlarına qoşula bilər. Məlumata görə, adıçəkilən qanunsuz qumarxana Zakir Rüstəmov adlı şəxsə məxsusdur.
Bir daha xatırladaq ki, Azərbaycanda qumar oyunları qadağan olunub, amma bu o demək deyil ki bu oyunlara maraq yoxdur. Bu maraq özünü kompüter şəbəkə oyunlarında ( onlayn kazino ) və gizli idman totalizatorlarında tapır. Sonuncunun populyar olması dövləti idman mərclərinin leqallaşdırılmasına gətirib çıxardı. Ancaq bu kommersiya fəaliyyəti dövlət nəzarəti altında olmalıdır