BolgeXeber.Com » BÖLGƏ TV » Avtomobildən yola zibil atmağın cəriməsi - 40 manat - VİDEO

Avtomobildən yola zibil atmağın cəriməsi - 40 manat - VİDEO

28-10-2015, 11:18
Oxunub: 2 782 Avtomobildən yola zibil atmağın cəriməsi - 40 manat - VİDEOSükan arxasında olan sürücülərdən biri yola su qabı, digəri isə siqaret qutusu atır

Bolgexeber.com "Xəzər Xəbər"ə istinadən bildirir ki, görüntülər Bakıda avtomobillərdə olan kameralara düşüb. Nəqliyyat vasitələrindən çölə atılan əşyaların hesabına yol kənarlarında zibilliklər yaranır.

Belə sürücü yolu zibilləməklə yanaşı, həm də digərləri üçün təhlükə yaradır. Bəzən qarşıdakı avtomobildən atılan zibil hətta ağır qəzaya səbəb ola bilər.

Şəhər sakinləri də belə sürücüləri qınayır.

İnzibati Xətalar Məcəlləsində isə belə hadisələri törədən yol iştirakçıları üçün cərimə nəzərdə tutulub. Cərimə təkcə sürücülərə yox, yola zibil atan sərnişinlərə də şamil edilir.

Amma görünən odur ki, cərimələr insanları yola zibil atmaqdan çəkindirmir. Bu əməllərə qarşı ən yaxşı mübarizə üsulu ictimai qınaqdır.

Yaxşı olar ki, hər bir şəxs yola zibil atan sürücülərə öz iradını bildirsin. Necə ki, bir müddət əvvəl Rusiyada piyada, yola tökülən zibilləri toplayıb həmin sürücünün maşınına atmışdı.