BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda tanınmış ekstrasens tutuldu – Falçı ruhu belə çıxarırdı – Video

Bakıda tanınmış ekstrasens tutuldu – Falçı ruhu belə çıxarırdı – Video

28-10-2015, 15:35
Oxunub: 13 763 Bakıda tanınmış ekstrasens tutuldu – Falçı ruhu belə çıxarırdı – VideoO, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb

Bakıda həbs edilən məşhur falçı haqda xəbər var.İlanla fala baxan Tamilla Salamovanın müsahibələri telekanallarda, mətbuatda tez-tez yayımlanıbmış. O, müsahibələrinin birində deyib ki, babası ilanlarla çox oynayıb: “Yəqin, ondan gəlir... Amma ailəm qorxur ilandan, evdə saxlamağa qoymurlar. And içmişəm ki, evə ilan gətirməyəcəyəm. Mən özüm də ilan cildinə girirəm. Siz həmin vaxtı məni görsəniz, tam başqa cür oluram... İlan cildinə girəndə gözlərimin rəngi dəyişir, müxtəlif rənglərə çevrilir. Həmin anda başağrısı gəlir mənə, elə olur hətta sıxılıram, evdəkiləri görmək istəmirəm, heç kimi tanımıram. Doğma anamı belə görmək istəmirəm. İlan cildinə girəndə ilanın qoxusu çox pis gəlir mənə”. Qeyd edək ki, paytaxt sakini Təranə Babayevanın etibarından sui istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən T.Salamova tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Ekstrasensin insanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb.Araşdırmalar davam etdirilir.
***

Bakıda özünü ekstrasens kimi təqdim edən şəxs saxlanılıb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, T.Salamova kanallardan birində yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb.

Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb. T.Salamovanın efirdə ruh çıxarması kadrlarını təqdim edirik:

Bakıda tanınmış ekstrasens tutuldu – Falçı ruhu belə çıxarırdı – VideoBakıda tanınmış ekstrasens tutuldu – Falçı ruhu belə çıxarırdı – Video
Bakıda tanınmış ekstrasens tutuldu – Falçı ruhu belə çıxarırdı – Video
Bakıda tanınmış ekstrasens tutuldu – Falçı ruhu belə çıxarırdı – Video
Bakıda tanınmış ekstrasens tutuldu – Falçı ruhu belə çıxarırdı – Video
axar.az