BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda ölən körpələrin meyiti necə səhv düşdü? - VİDEO

Bakıda ölən körpələrin meyiti necə səhv düşdü? - VİDEO

30-10-2015, 09:59
Oxunub: 2 742 Bakıda ölən körpələrin meyiti necə səhv düşdü? - VİDEOUşağın yaxınları indi öz qızlarını axtarırlar

Sabirabad rayonunda oktyabr ayının 13-də doğulan qız uşağına həkimlər oksigen çatışmazlığı diaqnozu qoyublar və təcili əməliyyat olunmasını məsləhət biliblər.

Bolgexeber.com
Xəzər TV-yə istinadən xəbər verir ki, valideynləri onu dərhal Bakıya gətirib, 8 gün əvvəl Elmi-Tədqiqat Pediatriya İnstitutunda əməliyyat etdiriblər. Lakin körpə bu gün dünyasını dəyişib. Meyitini Sabirabada aparan yaxınları onu dəfnə hazırlayarkən dəhşətə gəliblər. Meyit oğlan çıxıb.

Uşağın yaxınları indi öz qızlarını axtarırlar. Başqa ailənin oğlan uşağının meyitini isə basdırıb-basdırmayacaqlarını bilmirlər.

İnstitutun Reanimasiya Şöbəsinin müdiri Solmaz Eyvazova cəsədin Salyan rayonundan olan yeni doğulmuş və eyni xəstəlikdən əziyyət çəkən oğlan uşağına məxsus olduğunu deyib. Həkimlər qol birkalarını dəyişik saldığından meyitlər səhvən ayrı-ayrı rayonlara gedib. Hadisəni mexaniki səhv adlandıran Solmaz Eyvazova Salyanlı valideynlərin hadisədən xəbərsiz olduğunu bildirib.

Bu səbəblə də səhvən qız uşağını oğlan adı ilə basdırdıblar. Ailəyə xəbər verildikdən sonra onlar qəbri qazıb və uşağı ordan çıxardıblar.

Səhiyyə Nazirliyi uşaqların dəyişdirilməsi üçün nəqliyyat vasitəsi ayırıb. Uşaqların meyitləri Salyan və Sabirabadla dəyişdirildikdən sonra torpağa tapşırılacaq.