BolgeXeber.Com » BÖLGƏ TV » Yeni deputatlarımız haqda maraqlı araşdırma - VİDEO

Yeni deputatlarımız haqda maraqlı araşdırma - VİDEO

3-11-2015, 18:59
Oxunub: 3 105 Yeni deputatlarımız haqda maraqlı araşdırma - VİDEOMilli Məclisin yeni üzvləri hansı peşələrə sahibdirlər?

Məlum olduğu kimi artıq Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb. Bu nəticələrə əsaslanaraq TTV-nin (Region TV) Analitik qrupunun araşdırmasını təqdim edirik.

Məlum olduğu kimi namizədlər 125 deputat mandatı uğrunda mübarizə aparıb. Qalib gələnlərin 18 nəfəri qadın, 107-si isə kişilərdir. Beləliklə də, qadın parlamentarilərin göstəricisi 14 faiz təşkil edir.

Yeni parlamentdə yaşı 35-dən çox olmayan 7 gənc təmsil olunub. Ən gənc namizəd 81 saylı Beyləqən seçki dairəsindən seçilən və Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Şahin İsmayılovdur. Ən yaşlı parlamentarinin isə 78 yaşı var. Parlamentin orta yaş göstəricisi 54 dür.

Parlamentdə təmsil olunacaq deputatların siyasi mənsubiyyətilə bağlı da araşdırmamız var. Yeni parlament üzvlərinin 82 nəfəri siyasi partiyaların nümayəndəsi, 43 nəfər isə bitərəfdir.

Siyasi partiyaların tərkibinə nəzər salaq. Ən çox namizədlə təmsil olunacaq partiya Yeni Azərbaycan Partiyasıdır. Bu partiyadan deputat mandatına sahib olacaq şəxslərin sayı 71 nəfərdir. Ümumilikdə isə, parlamentdə təmsil olunan partiyaların sayı 11-dir. Bu sırada Vətəndaş Həmrəyliyi partiyası 2 nəfərlə təmsil olunacaq. Digər 9 partiya- Ana Vətən, Vəhdət, Böyük Quruluş, Azərbaycan Demokratik Islahatlar Partiyasi, Milli Dirçəliş Hərəkatı partiyası, Sosial Demokrat partiyası,Demokratik Maarifçilik Partiyası, Sosial Rifah partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası hərəsinə 1 namizədlə parlamentdə mandat sahibi olub.

Bu araşdırma parlamentin təkrar və yeni seçilən deputatları ilə bağlıdır. TTV-nin Analitik qrupunun araşdırmasına əsasən, parlamentə yeni seçilən deputatların sayı 31 nəfərdir. Təkrar seçilən deputatlar isə 94 nəfər olub. Beləliklə 5-ci çağırış Azərbaycan Milli Məclisinin 25 faizi yenilənib.

Yeni parlamentin tərkibində müxtəlif peşə sahibləri var. Bu siyahıda ön sırada siyasətçilər yer alıb. Onların sayı 35 nəfərdir. Parlamentarilərin 20-si hüquqşünas, 23 nəfəri isə iqtisadçıdır. 9 elm və təhsil, 16 səhiyyə işçisi də yeni Milli Məclisdə yer alıb. Eyni zamanda QHT üzvləri - 2, sahibkarlar - 6, aqrar sahə mütəxəssisləri - 4, incəsənət işçiləri - 3, təqaüdçü və təsərrüfat işçilərinin sayı hərəsinə 1 nəfər olmaqla bu peşə sahibləri Milli Məclis üzvü seçiliblər.

Seçicilərin ən aktiv olduğu dairələr: 14 saylı Xəzər seçki dairəsi - 81.2%, 1 saylı Şərur-Sədərək seçki dairəsi - 79.2%, 4 saylı Naxçıvan şəhər seçki dairəsi - 77.6%, 3 saylə Babək-Kəngərli-Naxçıvan seçki dairəsi 76.5%, 5 saylı Şahbuz-Babək seçki dairəsi - 76,3%.

Ən passiv seçki dairələri: 31 saylı Suraxanı ikinci seçki dairəsi - 36,6%, 47 saylı Mingəçevir seçki dairəsi - 39,9%, 33 saylı Xətai birinci seçki dairəsi - 40,1%, 32 saylı suraxanı üçüncü seçki dairəsi - 40,5%, 10 saylı Binəqədi üçüncü seçki dairəsi - 42%.

TTV