BolgeXeber.Com » BÖLGƏ TV » Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - FOTO ,VİDEO

Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - FOTO ,VİDEO

5-11-2015, 14:17
Oxunub: 3 637 Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - FOTO ,VİDEOBakının Binəqədi rayonunda intihara cəhd olunub

Bu gün saat 11 radələrində Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi olduğunu bildirən naməlum şəxs həmin binaya çıxaraq özünü atacağını bəyan edib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub.

Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin intihara cəhd edən şəxs əraziyə rayon icra hakimiyyəti rəhbərliyinin gəlməsini tələb edib.

Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, təzyiqlərdən bezdiyini bildirib, O, obyekti tikmək üçün rüşvət verdiyi 500 000 min manatın qaytarılmasını tələb edib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib.

İcra hakimiyyətinin başçısı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar “Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm” - deyib.

X.İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs obyektin damından enib.

Daha sonra intihara cəhd edən sahibkar Xaləddin İsgəndərov və Namiq İsmayılovla danışıq aparmaq üçün yaxınlıqdakı kafeyə gedib.

***
İlqar Məmmədov tikinti işini aparmaq üçün əlində hüquqi sənədlərin olduğunu bildirir

Bu gün səhər saatlarında Zərifə Əliyeva adına parkın ərazisində yerləşən və tikintisi yekunlaşmaqda olan İdman Sağlamlıq Kompleksinin rəhbəri Məmmədov İlqar Budaq oğlu intihara cəhd edib. Sahibkarın bu qərarına səbəb Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ona tikinti sökmək tapşırığını verməsidir.

2011-ci ildən tikilməkdə olan 4 mərtəbəli İdman Sağlamlıq Mərkəzinin bu il istifadəyə verilməsi planlaşdırılıb. Tikintinin layihəçisi “Ayan-A” şirkəti, podratçı “MTE Constriction” MMC-dir. İlqar Məmmədov tikinti işini aparmaq üçün əlində hüquqi sənədlərinin olduğunu bildirərək tikintinin sökülməsinə intihara cəhd etməklə etiraz edib.

Hadisə yerinə Bakı şəhər, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və Binəqədi Rayon Polis İdarəsinin rəsi gəlib. İcra başçısı sahibkarı fikrindən daşındıra bilib. Polis əraziyə kənar şəxslərin daxil olmasına qadağa qoyub. Sahibkarla icra başçısı “Qala qapısı” ailəvi restoranında 1 saat danışıqlar aparandan sonra icra başçısı ərazini tərk edib. Polis, sərbəst buraxılan sahibkarın jurnalistlərə açıqlama verməsinə mane olub.



Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - FOTO ,VİDEO
Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - FOTO ,VİDEO
Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - FOTO ,VİDEO
Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - FOTO ,VİDEO
Binəqədidə intihara cəhd: Sahibkar 500 mini geri istədi, icra başçısı söz verdi - FOTO ,VİDEO