BolgeXeber.Com » BÖLGƏ TV » Sibel Can Bakını coşdurdu (FOTO,VİDEO)

Sibel Can Bakını coşdurdu (FOTO,VİDEO)

7-11-2015, 12:35
Oxunub: 9 144 Sibel Can Bakını coşdurdu (FOTO,VİDEO)İfaçını dinləməyə gələnlər arasında məşhur modelyer Fəxriyyə Xələfova da yer alıb
Sibel Canın Bakıdakı konserti baş tutub. Ans-in məlumatına görə, müğənni “İnstaqram” hesabında konsertindən “Təşəkkürlər Bakı” yazaraq video paylaşb. İfaçı konsertdən sonra Bakını tərk edib. O, buradakı konsertindən sonra “İnstaqram” hesabında Türkiyədə olduğunu qeyd edərək izləyicilərinə həftə sonunu xoş keçirmələrini arzu edib.

Bakıdakı məşhur otellərdən birində qaldığını qeyd edən tanınmış müğənni “Bakı, "Sən gəlməz oldun” yazıb və Bakının mərkəzini videoya çəkərək, səhifəsində paylaşıb.

Karyerasına rəqqasəliklə başlayan Sibel Can, hazırda aktrisa, müğənni və aparıcıdır. S. Can Nükhet Duru tərəfindən aşkarlanan "Maksim" kazinosunun oriental rəqqasəsi olub. 1988-ci ildə isə həmin məkanda müğənniliyə başlayıb.

İlk zamanlarda albomlarının istehsalçısı kimi Orxan Gencebay ilә çalışıb. İlk həyat yoldaşı Hakan Ural olub. 1999-cu ildə boşanaraq və sonrakı il Sulhi Ağsüt ilə evlənib. İlk yoldaşından iki, indiki yoldaşından da bir uşağı var.

Konsertdən video-görüntünü təqdim edirik:
Bolgexeber.com


Sibel Can Bakını coşdurdu (FOTO,VİDEO)
Sibel Can Bakını coşdurdu (FOTO,VİDEO)
Sibel Can Bakını coşdurdu (FOTO,VİDEO)
Sibel Can Bakını coşdurdu (FOTO,VİDEO)