Gənclər avtomobildə yaşayan qocaya dəstək oldu - Video
9-11-2015, 14:42
Oxunub: 3 286
Avtomobildə gecələyən 66 yaşlı Azər Hacıyevlə bağlı məlumat mediada işıqlandırıldıqdan sonra bir çox gənc ona kömək etmək üçün səfərbər olub
Bolgexeber.com saytı bizimyol.info-ya istinadən xəbər verir ki, təxminən 20-yə yaxın gənc, qocanı ziyarətə gedib, ona qalın paltarlar və yemək aparıblar. Gənclərdən biri onun saqqal və saçını qırxıb. Daha sonra təcili tibbi yardımı hadisə yerinə çağıran gənclər, onu Maştağada yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasına aparıblar. Gənclərin bildirdiyinə görə, qocanı xəstəxanada çimizdirib və yeni paltarlar verərək palatalardan birinə yerləşdiriblər. Onu müayinə edən həkim, qocanın vəziyyətinin normal olduğunu deyib.
Gənclər bildirib ki, 15 gün müddətində xəstəxanada qalacaq qoca üçün şəxsiyyət vəsiqəsi hazırlanır və onun qocalar evinə yerləşdirilməsi üçün işlər görülür. Onlar bu məsələdə qurumların və təşkilatların da qocaya kömək edəcəyinə ümid edirlər.
Qeyd edək ki, Azər Hacıyev Yasamal rayonunda gününün çox hissəsini küçələrdə kağız, yarpaq və butılka yığaraq keçirirdi. O, Yasamal rayonu Mirəli Seyidov küçəsində yararsız hala düşmüş avtomobillərdən birində gecələyirsi. Azərbaycanlı qocanın dediyinə görə, təqaüd almır və övladları yoxdur. Qardaşının yararsız hala düşmüş avtomobilində yaşayan Azər, 1 stəkan isti çaya belə möhtac idi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər