Bakı metrosunda ölüm hadisəsi: 60 yaşlı kişi qəfildən yıxıldı-VİDEO
11-11-2015, 13:07
Oxunub: 3 619
Ötən gecə Bakı metrosunda ölüm hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə metronun "İçərişəhər" stansiyasında baş verib
Sərnişinlərdən birinin səhhəti qəfildən pisləşib. Dərhal stansiya rəisinə məlumat verilib və metroya təcili yardım çağırılıb. Həkimlər hadisə yerinə çatan zaman məlum olub ki, yerə yıxılan şəxs keçinib.
Daha sonra polisə məlumat verilib və hadisə yerinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Araşdırmalar zamanı məlum olub ki, ürək tutmasından öldüyü təxmin edilən şəxs 60 yaşlı Əliağa Şirəliyevdir. Polislər mərhumun yaxınlarına məlumat verdikdən sonra meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail Rayon Şöbəsinə aparılıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. Onun sözlərinə görə, metro əməkdaşları hadisə yerində təhlükəsizlik tədbirləri görüblər. Fakta bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər