BolgeXeber.Com » BÖLGƏ TV » Rayon avtovağzalları niyə boş qalıb?-VİDEO

Rayon avtovağzalları niyə boş qalıb?-VİDEO

13-11-2015, 10:40
Oxunub: 2 233 Rayon avtovağzalları niyə boş qalıb?-VİDEOUcarda da bənzər vəziyyət müşahidə olunur-avtovagzal boş qalıb

Təssəvvür edin, müasir səviyyədə avtovağzallar fəaliyyət göstərir, ancaq içində sərnişin tapılmır. Rayonlardan şəhərə və digər istiqamətlərə gedən insanlar avtovağzallardan yox, magistral yoldan gedən avtobuslara üstünlük verirlər.

Bəs bunun səbəbi nədir?

Yaxınlıqda avtovağzal var, ancaq çoxu yenə də yol kənarında dayanıb maşın gözləyir.

Belə vəziyyət magistral yolların kənarında olan rayonlarda daha çox müşahidə olunur. Bura Cəlilabaddır. İnsanlar avtovagzaldan yox, yoldan keçən maşınları saxlatdıraraq getməyə üstünlük verirlər.

Sərnişinlərin bu səbəblərə görə avtovağzaldan istifadə etməmələri avtovagzal rəhbərliyini də narahat edir.

Ucarda da bənzər vəziyyət müşahidə olunur-avtovagzal boş qalıb. Bakıya gedənlər yoldan keçən maşınlardan istifadə edir.

Buradan şimal-qərb bölgəsinə gedən sərnişinlər, avtobuslar avtovağzala girmədiyinə görə yol kənarında dayanırlar.

Yevlaxda da müasir səviyyədə avtovağzal var. İçərisində tək-tük adam gözə dəyir.