BolgeXeber.Com » BÖLGƏ TV » Evini təmir etmək üçün götürdüyü kredit - Evlə birgə yandı+Video

Evini təmir etmək üçün götürdüyü kredit - Evlə birgə yandı+Video

13-11-2015, 20:25
Oxunub: 3 346 Evini təmir etmək üçün götürdüyü kredit - Evlə birgə yandı+VideoBakıda səhər saatlarında dəhşətli yanğın hadisəsi baş verib

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə səhər saat 11 radələrində Sabunçu rayonu, Muxtarov qəsəbəsində baş verib.

Zəngilan rayon sakini, məcburi köçkün Məhinə Paşayevaya məxsus Əmir Bağırov küçəsində yerləşən 100 kvadratmetr sahəsi olan ev yanaraq yararsız hala düşüb.

Qonşuların “Qafqazinfo”ya verdiyi məlumata görə, hadisə baş verərkən evdə heç kim olmayıb: “Qadın böyük uşağı məktəbə aparıb, qayıdanda görüb ki, ev yanıb. Yoldaşı da fəhlədi, həmin vaxt işdə olub. Ev elektrik xətlərindəki qısa qapanmadan yanıb. Məsələ budur ki, yanğınspndürmə idarəsi həmin evin hasarına bitişikdi, 10-15 metr məsafə var. Amma yanğınsöndürən maşınları ora 20 dəqiqəyə gəliblər. Onlar gələnə kimi də ev tamam yanıb. Evdəki mebelləri, 3 min manat puları yanıb. Pulu təzəlikcə bankdan kredit götürmüşdülər, o pul idi. Evin təmiri başa çatmamışdı, krediti də ona görə götürmüşdülər. O pul da yandı”.

Evini təmir etmək üçün götürdüyü kredit - Evlə birgə yandı+Video
Evini təmir etmək üçün götürdüyü kredit - Evlə birgə yandı+Video
Evini təmir etmək üçün götürdüyü kredit - Evlə birgə yandı+Video