BolgeXeber.Com » BÖLGƏ TV » İlham Əliyev Obama ilə belə görüşdü — Video

İlham Əliyev Obama ilə belə görüşdü — Video

16-11-2015, 10:40
Oxunub: 2 767 İlham Əliyev Obama ilə belə görüşdü — VideoBu gün Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb

Bolgexeber.com modern.az-a xəbər verir ki, “Böyük İyirmiliyə” (G20) daxil olan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Kanada, Almaniya, İtaliya, Rusiya, Avstraliya, Braziliya, Hindistan, Çin, İndoneziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Argentina, Koreya Respublikası və digər ölkə rəhbərlərinin iştirak etdiyi sammitə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
Sayca onuncu dəfə keçirilən bu Sammitdə Azərbaycan xüsusi dəvətli qonaq statusunda təmsil olunur.
Zirvə görüşünün iştirakçıları birgə foto çəkdiriblər. Bu mərasim öncəsi Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obama ilə görüşüb.