BolgeXeber.Com » BÖLGƏ TV » Şok: 15 yaşlı qız bordeldən çıxarıldı - VİDEO - FOTO

Şok: 15 yaşlı qız bordeldən çıxarıldı - VİDEO - FOTO

16-11-2015, 15:24
Oxunub: 3 169 Şok: 15 yaşlı qız bordeldən çıxarıldı - VİDEO - FOTOBu ölkədə yetkinlik yaşına çatmamış qızların fahişəliyə cəlb olunmas qorxulu, hətta dəhşətli miqyas alıb. Yüzlərlə bordeldə on minlərlə qız var ki, onlar 10-16 yaş arasındadır

Bizim də məqsədimiz bu qızlara yardım etmək, onları fahişəlikdən qurtarmaqdır.
"Destiny Rescue" təşkilatının fəalı Castin belə deyir.

Milli.Az Yahoo News-a istinadən bildirir ki, Avstraliyanın Channel 7 telekanalındakı "Sunday Night" proqramında Taylanddakı bordellərdən birindən 15 yaşlı Nunq adlı qızın bədənini satışa çıxarmaqdan xilas edilməsi ilə bağlı əməliyyatdan bəhs olunub.

İnsan alverinə qarşı mübarizə aparan "Destiny Rescue" təşkilatının fəalı, Yeni Zelandiyadan olan Castin gecənin bir aləmində Taylandın paytaxtı Banqkokdakı bordellərdən birinə yollanıb.

Burada ona 15 yaşlı Nunq təklif olunub və "xidmət"in müqabilində 120 dollar tələb olunub.

Castin pulu ödəyib, Nunqu özü ilə otelə aparacağını deyib.

Lakin Castin 15 yaşlı qızı otelə yox, polis idarəsinə aparıb.

Bu minvalla Nunq zorla, hədə və qorxularla cəlb olunduğu fahişəlikdən qurtulub.

Ekspertlərin dediklərinə görə, Taylanda yetkinlik yaşına çatmamışların fahişəliyə cəlb olunmasına əsaslanan biznesin illik dövriyyəsi 6 milyard dollara yaxındır.

Azyaşlı "eşq qadınları"nın müştərilərinin əksəriyyəti Taylanda gələn turistlərdir.

Sabiq elektrik Kerns Toni Kiruinin yaratdığı ""Destiny Rescue" təşkilatı son 15 ildə 1300 azyaşlı qızı fahişəlikdən qurtararaq onlara normal yaşam üçün yeni şanslar verib.

Banqkokdakı "167" adlı bordelin sahibi, "Mamasan" deyilən şəxs isə polisin xüsusi əməliyyatı zamanı həbs olunub.
Bolgexeber.com

Şok: 15 yaşlı qız bordeldən çıxarıldı - VİDEO - FOTO
Şok: 15 yaşlı qız bordeldən çıxarıldı - VİDEO - FOTO
Şok: 15 yaşlı qız bordeldən çıxarıldı - VİDEO - FOTO
Şok: 15 yaşlı qız bordeldən çıxarıldı - VİDEO - FOTO