BolgeXeber.Com » BÖLGƏ TV » Fazil Mustafa:"Bu terror Fransa və digər Avropa ölkələrinə dərs olmalıdır"

Fazil Mustafa:"Bu terror Fransa və digər Avropa ölkələrinə dərs olmalıdır"

17-11-2015, 18:05
Oxunub: 2 795 Fazil Mustafa:"Bu terror Fransa və digər Avropa ölkələrinə dərs olmalıdır"Artıq neçə gündür ki, bütün dünyanın diqqəti Fransadadır

Noyabrın 13-ü Parisdə baş verən silsilə terror aktları zamanı 150-dən çox insan dünyasını dəyişib, 300-dən artıq insan isə yarlanıb. Baş verən qanlı olaya Azərbaycanda həm sadə vətəndaşlar, həm də ictimai şəxslər öz münasibətini müxtəlif şəkildə ifadə edib. Millət vəkili Fazil Mustafa da bu hadisəyə fəqli yanaşma nümayiş etdirib. BTV-yə danışan millət vəkili ötən ilin yanvarında Məhəmməd peyğəmbərin karikaturasını çəkdiyinə görə hücuma məruz qalan “Charlie Hebdo” satirik ( Şarli Hebdo) jurnalını xatırladaraq, baş verən qanlı olayın Fransada ilk terror aktı olmadığını söyləyib. Onun fikrincə bu hadisəni dünyada baş verən proseslərin inikası kimi dəyərləndirmək lazımdır. Parisdəki məlum hadisəyə dünya əhalisindən də dəstək gəlib. Sosial şəbəkələrdə bir çoxu öz profil fotosunun üzərinə Fransanın dövlət bayrağını sancıb. Bu isə bir birmənalı qarşılanmayıb. Bu cür dəstəyi bəyənənlər olsa da, əks münasibət bildirənlər də olub. Fazil Mustafa da sosial şəbəkədə geniş yayılan bu dəstəyi özünəməxsus şəkildə qiymətləndirib. Millət vəkili sonda qeyd edib ki, bu cür dəstəyi kimisi müsəlmanlıq, kimisi isə modernlik adına edir. Nəticə olaraq, bu da insanlarda yanlış təsəvvür yaradır.
Bolgexeber.com