“Azəristiliktəchizat” ASC-dən şikayətlər artır
18-11-2015, 18:31
Oxunub: 1 102
Paytaxt Bakını noyabr ayının 15-dən istiliklə təmin etməli olan “Azəristiliktəchizat” ASC-nin bir çox qazanxanaları qış fəslinə hazırsızlıq vəziyyətindədir
Bu gün noyabr ayının 17-i olmasına baxmayaraq, Nizami rayonunda yerləşən bir çox binalara istilik verilməyib. Ötən illərdə yeni xəttlər çəkilməsinə baxmayaraq əhalini istiliklə təmin etmək müşkülə çevrilib.
Faktinfo.az saytının elektron poçtuna Nizami rayonu Ş.Mirzəyev 70, 72, 65a binalarının sakinləri adından şikayət daxil olub.Sakinlər bildirirlər ki, bir neçə dəfə “Azəristiliktəchizat” ASC-nin ərzidə olan qazanxanasında olublar. Onlara söz verilsə də,istiliyə olan tələbatın ödənilməsi hələ də həyata keçirilməyib. Sakinlər Prezident Adminstrasiyasına şikayət etməyi qərara alıblar.
Məlumat üçün onu da bildirək ki, bir müddət öncə Faktinfo.az saytı məlumat əldə etmişdi ki, bu qış paytaxt əhalisinin istiliyə olan tələbatının yerinə yetirilməsində problem yaranacaqdır. Səbəb kimi “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” ASC-yə olan külli miqdarda borcunu ödəməməsi göstərilirdi.
Məlumatda “Azəristiliktəchizat” ASC-də külli miqdarda dövlət vəsaitinin israfçılıq yolu ilə mənimsənilməsi ilə baglı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin ASC-də yoxlamalar apara biləcəyi belə istisna edilmirdi.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm