BolgeXeber.Com » BÖLGƏ TV » Baxın görün Azərbaycanda benzinin içindən nələr çıxır – ŞOK VİDEO

Baxın görün Azərbaycanda benzinin içindən nələr çıxır – ŞOK VİDEO

20-11-2015, 14:44
Oxunub: 2 909 Baxın görün Azərbaycanda benzinin içindən nələr çıxır – ŞOK VİDEOYanacaq çəninə yığılan zibil avtomobili yolda qoyub

Azərbaycanda avtomobil yanacağının keyfiyyəti ilə bağlı mübahisəli məsələlər hələ də var. Əksər sürücülər yanacağın keyfiyyətinin aşağı olduğunu, məntəqələrdə sürücülərə satılan yanacağın kəsildiyini deyirlər.

Avtosfer.az-ın təqdim bu videoda isə daha biabırçı mənzərə ortaya çıxıb. Belə ki, Bakıda avtoservislərinin birinə müraciət edən sürücünün idarə etdiyi avtomobilinin yanacaq çənini açan usta dəhşətə gəlib. Yanacaq nasosundan çıxan palçığabənzər zir-zibil adamı dəhşətə gətirir. Usta bildirir ki, yanacağın keyfiyyəti aşağı olduğu üçün avtomobilin yanacaq nasosunu 2-3 aydan bir təmizlətdirmək lazımdır.

Əlbəttə, nasosdan çıxan zibili kimsə əli ilə gətirib ora tökməyib. Yanacağın tərkibindəki qatqılar sonda bu cür əcaib mənzərə yaradır. Bu isə belə vəziyyətə düşən ilk avtomobil deyil. Bu gün 100 avtomobilin yanacaq çəninə baxış keçirilsə yarısından çoxunda bu mənzərənin şahidi olacağıq. Odur ki, yanacaq satışı ilə məşğul olan qurumlar yanacağa zibil qatdığı üçün bu sahəyə nəzarət daha da gücləndirilməlidir.
Bolgexeber.com