BolgeXeber.Com » BÖLGƏ TV » Təmirli, yoxsa təmirsiz mənzil? (VİDEO)

Təmirli, yoxsa təmirsiz mənzil? (VİDEO)

21-11-2015, 11:18
Oxunub: 2 379 Yeni tikilən çoxmərtəbəli binalarda təmirli və təmirsiz mənzillərin qiyməti bir-birindən kəskin fərqlənir. 1 kv. metrə düşən qiymət fərqi minimum 500 manatdan başlayır. Bu isə insanları təmirsiz mənzil almağa sövq edir.

Yeni tikilən çoxmərtəbəli binalarda təmirli və təmirsiz mənzillərin qiyməti bir-birindən xeyli fərqlənir. Ekspertlər hesab edir ki, aradakı fərq tikinti şirkətləri tərəfindən şişirdilmə hesabına formalaşır.

Təmir xərcinin şişirdilməsi ilə yanaşı keyfiyyəti də sual altındadır. Ona görə ki, tikinti şirkətləri təmiri adətən kütləvi şəkildə həyata keçirir. Bu tendensiyalar potensial müştəriləri təmirsiz ev almağa sövq edir.

İnsanların təmirsiz evlərə üstünlük verməsinin bir səbəbi də təmiri məhz zövqlərinə uyğun etdirmək istəyidir. Təmirli yaşayış üçün hazır ev almaq istəyənlər isə əsasən köhnə evlərə üstülük verirlər. çünki köhnə tikililərdə təmirli mənzillərlə təmirsiz evlər arasındakı qiymət fərqi o qədər də böyük deyil. bundan əlavə köhnə tikililərdə həyata keçirilən təmirləri adətən ev sahibləri özləri etdirdiyi üçün daha keyfiyyətli olur. /xezerxeber/