BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda ''Medistyle'' klinikasında rəzalət - VİDEO

Bakıda ''Medistyle'' klinikasında rəzalət - VİDEO

24-11-2015, 16:29
Oxunub: 6 535 Bakıda ''Medistyle'' klinikasında rəzalət - VİDEO“Medistyle” klinikası haqda məlumatlar yayılıb

Bolgexeber.com criminal.az-a istinadla xəbər verir ki, Ceyhun Məmmədov noyabrın 23-də həyat yoldaşının başına gətirilən biabırçılıq haqda danışıb. Bildirib ki, xanımı F.Məmmədova burun çəpərindəki problemlə əlaqədar nəfəs almasında çətinliklər olub.
Problemin aradan qaldırılması üçün bir neçə gün əvvəl ''Medistyle'' klinikasına müraciət ediblər. Klinikaya Almaniyadan dəvət olunmuş Abbas Əhmədli onun burun çəpərindəki problemin əməliyyat etməklə aradan qaldıracağını söz verib.
''Əməliyyat öncəsi kompyuter tomoqrafiyasıdan keçməsi və plazma analizin vacib olduğu deyildi. Tomoqrafiyanın hansı səbəbdən edildiyini irad tutduqda isə bunun sinus problemi olduğuna görə mütləq olduğu vurğulandı.
Noyabrın 19-da tələb olunan proseduru, kompyuter tomoqrafiya və rentgen olundu, qan analizləri verildi. Nəyabrın 21-də əməliyyat günü təyin olundu. Və bizi bir daha inandırdılar ki, əməliyyat estetik yox, sırf çəpər əyriliyinin aradan qaldırılması üçün edilir. Nəfəsalma probleminin həll ediləcəyinə əmin olmaq məqsədilə bir daha konsultasiya keçirildi, bu məqsədlə əməliyya noyabrın 21-dən 23-nə dəyişdirildi''.
C.Məmmədov qeyd edir ki, əməliyyat üçün xanımını klinikaya aparıb və bütün biabırçılıqlar bundan sonra başlayıb: ''Qəbulda laxtalanmanı təyin etmək üçün analizin vacib olduğu deyildi. Bu anlaşılmazlıq aradan qaldırılandan sonra 1800 manat ödəniş edildi. Qəbz verildi, düzdü sonradan məlum oldu ki, həmin qəbz də saxtadır, bu haqda az sonra danışacam.
Yoldaşımı apardılar əməliyyata, lazımi sistemləri, uyuşdurucu dərmanlar köçürülüb. Qəfildən yoldaşım zəng etdi ki, həkimlər əməliyyat etməkdən imtina edirlər. Səbəb isə yoldaşımın estetik yox, çəpər əyriliyi əməliyyatı istəyi olub.
Abbas həkim deyib ki, çəpər əyriliyi əməliyyatı edilsə belə effekti olmayacaq. Nəsəfsalma problemi 10 faiz həll ediləcək. Çəpər probleminin həll edilməsi üçün başqa klinikada Mətin həkimlə danışdığını və əməliyyatı ona etdiyməyi təklif edib.

Bakıda ''Medistyle'' klinikasında rəzalət - VİDEO

Abbas Əhmədli
Bundan sonra çətinlikllə də olsa A.Əhmədli ilə görüşdük. İsrar etdi ki, plastik əməliyyat edə bilər, çəpər əməliyyatına ehtiyac yoxdu. Guya qərara alıblar ki, indi estetik əməliyyat olunsun, sonra isə Mətn həkim çəpər əyriliyini aradan qaldırar. Ona bu haqda bizi niyə əvvəldən məlumatlandırmırdınız sualını verdikdə isə, bizi inandırmağa çalışdı ki, bu haqda köməkçisi Lamiyəyə bildirib, lakin köməkçisi bizə çatdırmayıb. Daha sonra isə yoldaşımla məni qarşı-qarşıya qoymağa, onun mənə yalan danışdına inandırmaq üçün şər də atdı. Guya yoldaşım estetik əməliyyat etdirmək istəyib, bunu məndən gizlədib. Abbas həkim hətta heç kimdən qorxmadığını da dedi. Bildirdi ki, Almaniyaya gedir, kimə istəyirsiniz şikayət edin''.

Bakıda ''Medistyle'' klinikasında rəzalət - VİDEO


Şikayətçi deyir ki, bundan sonra biz xəstəxanadan yazılı açıqlama tələb etmk üçün klinikanın baş həkiminin yanına yollanıb: ''Onun cavabı isə daha gülməli idi. Dedi ki, bu məsələnin ona aidiyyəti yoxdur, həkimə görə xəstəxana məsuliyyət daşımır. Yenə də izahat tələb etdik, əməliyyatın niyə təxirə salınması üçün rəsmi cavab istədik. Əgər çəpər problemi yox idisə, niyə bizi aldadıb yoldaşımı əməliyyat stoluna oturdublar, stresə salıblar? Buna da nail olmadıqda pulun geri qaytarılmasını tələb etdik. Pulun yalnız şikayətimizin olmadığı ilə bağlı yazılı ərizə yazandan sonra verə biləcəklərini dedilər.
Hətta klinikada həmin yazılı razılıq ərizəsini bizə yazdırmaq isətəyən Nigar adlı şəxs atama əl-qol da atdı. Onların tələb etdiyi razılıq ərizəsini yazmadığmıza görə pulumuzu geri qaytarmadılar. Məcbur alıb qəbzlə birlikdə Vergilər Nazirliyinə müraciət etdik. Oradan bildirildi ki. həmin qəbz saxtadır''.
A.Əhmədlinin adını hallandırdığı, klinikanın tibb bacısı Lamiyə Əliyeva kriminal.az-a açıqlamasında bildirdi ki, F.Məmmədova klinikaya çəpər problemi ilə bağlı müraciət edib. Onunla iki dəfə görüş olub. Müayinə zamanı isə çəpər əyriliyi aşkarlanmadı. Tibb bacısının sözlərinə görə, pasientlər problemlərinin həlli üçün plastik cərraha yaxınlaşıblar.
''Bəs çəpər əyriliyi yoxdursa xəstə niyə əməliyyata götürüb'' sualımıza cavabında bildirdi ki, A.Əhmədli deyib ki, estetik əməliyyat da aparıla bilər: ''Abbas lor həkimi ilə məsləhətləşib, qərara alıb ki, pasient bir kurs müalicə olunsun. Ona görə əməliyyat təxirə salındı. Abbas xəstəni şübhədən çıxarma üçün onu müayinəyə göndərib.
Heç bir sinus aşkarlanmadı, nəfəs problemi yoxdur. Xanım estetik əməliyyatı da istəyib, ancaq çəpər problemi həll edilmək şərtilə. Xəstənin bu haqda məlumatlandırılmaması və yubanması Abbas həkimin başqa bir xəstəsi olması ilə bağlı olub.
Ödənişin geri qaytarlmamasından isə xəbərsizəm. Bu barədə dəqiq məlumat almaq üçün klinikaya yaxınlaşıb aydınlıq gətirin. Əsaslı səbəb olub ki, pul geri qaytarılmayıb''.

Klinikaya burun çəpəri ilə müraciət edən xəstədə həmin qüsur aşkarlanmadığı halda onun əməliyyat stoluna götürülməsi böyük şübhələr yaradır.
Şikayətçinin başına gətirilənlər barədə klinika rəhbərliyinin, eyni zamanda Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışırıq.