BolgeXeber.Com » BÖLGƏ TV » Türkiyə Rusiyanın hərbi təyyarəsini vurdu-Video

Türkiyə Rusiyanın hərbi təyyarəsini vurdu-Video

24-11-2015, 15:43
Oxunub: 2 458 Türkiyə Rusiyanın hərbi təyyarəsini vurdu-VideoSuriyanın Türkiyə ilə sərhədində hərbi təyyarə qəzaya uğrayıb

Bu gün Türkiyə hava məkanın pozduğu üçün vurulan hərbi təyyarənin hansı ölkəyə məxsus olduğu aydınlaşıb.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, Türkiyə Cumhurbaşqanlığı (Prezident Aparatı) hərbi təyyarənin Rusiyaya məxsus olduğunu açıqlayıb. Vurulan təyyarənin “Su-24″ tipli hərbi təyyarə olduğu bildirilib.

Rusiya Müdafiə Nazirliyi Suriya-Türkiyə sərhədində Su-24 təyyarəsinin vurulması faktını təsdiqləyib.Bolgexeber.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hazırda təyyarə pilotlarının harada olduğu müəyyənləşdirilir.
“Təyyarə 6 min metr hündürlükdə olub. Güman ki, Su-24 yerdən açılan atəş nəticəsində qəzaya uğrayıb. Uçuş zamanı təyyarə Suriya havaməkanında olub. Bu, nəzarət vasitələri tərəfindən qeydə alınıb”, – deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.

Xatırladaq ki, Türkiyənin hava sərhədini pozan hərbi təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16″ qərəcıları tərəfindən vurularaq yerə salınıb. Təyyarə Suriya ərazisinə düşüb. İki pilot katapult edərək xilas olub.
Əlavə edək ki, bu il oktyabrın 16-da Türkiyə hava sərhədini pozan pilotsuz uçuş aparatı Türkiyə təyyarələri tərəfindən vurulub. Aparatın Rusiya istehsalı olduğu açıqlanıb.