Ərdoğandan Putinə sərt ismarış: "Bir-birimizi aldatmayaq" (VİDEO)
25-11-2015, 12:05
Oxunub: 2 767
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin hava məkanını pozan Rusiya hərbi təyyarəsinin vurulması məsələsinə münasibət bildirib
BAKU.WS-in məlumatına görə, Türkiyə prezidenti Suriyada bu günə qədər dəhşətli hadisələrin yaşanmasının səbəbinin Türkiyənin soyuqqanlı mövqeyindən qaynaqlandığına diqqət çəkib. Ərdoğan bu son hadisənin qarşısını almaq üçün əlindən gələni edəcəklərini vurğulayıb:
"Türkiyənin öz sərhədlərini müdafiə etmək hüququna da hər kəs hörmət göstərməlidir. Türkiyə Cerablusdan Aralıq dənizinə qədər uzanan xətti terror təşkilatlarından təmizləmək niyyətindədir. Bayırbucak türkmənlərinin olduğu bölgə İŞİD terror təşkilatının olduğu bölgə deyil, bir-birimizi aldatmayaq. Orada yalnız Bayırbucak türkmənləri var, soydaşlarımız var, qohumlarımız var", - deyə prezident Ərdoğan əlavə edib.
Ərdoğan Bayırbucak türkmənlərinin yalnız torpaqlarını müdafiə etdiyini söyləyib. Türkiyə prezidenti bildirib ki, türkmənlər ölkəmizə olan yaxın qohumluq əlaqələri səbəbiylə bizim üçün ayrı bir əhəmiyyətə malikdir: "Əsəd rejimi və onu dəstəkləyən ölkələrin Bayırbucak türkmenlerini hədəf alan hücumlarının gerisindəki məqsədini çox yaxşı bilirik. İŞİD-in heç bir izi olmadığı bu bölgədəki hücumlar birbaşa Əsəd rejimini ayaqda tutmaq məqsədi daşıyır. Qardaşlarımıza dəstək ola bilmək üçün hər cür imkanı səfərbər edirik", - deyə Ərdoğan qeyd edib.
Prezident Ərdoğan dünən səhər saatlarında vurulan hərbi təyyarənin bütün xəbərdarlıqlara baxmayaraq hava məkanını pozduğunu söyləyib: "Hərbi təyyarələrə hava məkanı pozulduğu üçün qaydalara uyğun olaraq müdaxilə edilib. Təyyarənin 5 dəqiqə ərzində 10 dəfə xəbərdar edilməsinə baxmayaraq hava məkanımıza girən hərbi təyyarə inadını davam etdirib və cavabını alıb".
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər