Sərxoş qadın polislərlə mübahisə etdi - Video
26-11-2015, 15:46
Oxunub: 3 891
Ötən gecə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi əməkdaşlarının keçirdiyi reyd zamanı sərxoş qadın sürücü saxlanılıb
Bolgexeber.com APA TV-yə istinadən xəbər verir ki, Babək prospekti ilə hərəkətdə olan "Hyundai" markalı avtomobilə "Saxla!" əmri verilib. YPX əməkdaşı Bəhram Əhmədovun sözlərinə görə, avtomobil saxlanılan zaman məlum olub ki, sürücü Selcan Cavanşirova və maşındakı rəfiqəsi sərxoşdur: "Sürücü sutkanın qaranlıq vaxtında uzaqvuran işıqlardan istifadə qaydasını pozduğu üçün işarə verdik. Sürücü işarəyə məhəl qoymadan hərəkətini davam etdirdi və qarşı postda saxlanıldı. Sürücüyə yaxınlaşdıq, özümüzü təqdim etdik. Məlum oldu ki, sürücü avtomobili sərxoş halda idarə edir".
Qadın sərnişin polis əməkdaşlarına çətin anlar yaşadıb. Sürücü isə avtomobildən düşmək istəmədiyi və sərnişin müqavimət göstərdiyi üçün əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Polisin qanuni əmrinə tabe olmayan sürücü və onların işinə maneçilik törədən sərnişin polis bölməsinə, avtomobil isə cərimə meydançasına aparılıb yerləşdirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər