BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda 10 milyonu alıb aradan çıxan MTK rəhbəri - VİDEO

Bakıda 10 milyonu alıb aradan çıxan MTK rəhbəri - VİDEO

27-11-2015, 12:44
Oxunub: 3 675 Bakıda 10 milyonu alıb aradan çıxan MTK rəhbəri - VİDEOHündürmərtəbəli binaların bəzilərinin hələ də təhvil verilməməsi məsələsi gündəmdədir

Yasamal rayonunda 7 ildir təhvil verilməyən binanın sakinləri də bir araya gələrək bu istiqamətdə narazılıqlarını dilə gətiriblər. Mənzilləri bir neçə nəfərə satılan vətəndaşlarla MTK nümayəndələri arasında mübahisə düşüb.

ANS TV-nin məlumatına görə, mübahisəyə səbəb “Yeni Yasamal” Mənzil Tikinti Koorperativinə məxsus binanın hələ də sakinlərə təhvil verilməməsidir.

Müsahiblərim deyir ki, 250 mənzilli bu binadan ev alanların demək olar ki, hamısı aldanıb. Tikinti şirkətinin təsisçisi Cahangir Alışovla bağlanan müqaviləyə əsasən bina tam hazır olaraq 2008-ci ildə təhvil verilməli imiş.

Təhvil verilməli olduğu müddətdən bu günə buradan mənzil almaq istəyənlərdə olub ki, onlar da indi aldadıldıqlarını idda edir. Deyirlər ki, burada 22 mənzil - 2 hətta 3 ayrı-ayrı şəxslərə satılıb.

Müsahibimlərimin verdiyi məlumata görə, onlar gəlməmişdən öncə MTK nümayəndələri onların bura yığılmasına mane olmaq da istəyiblər.

Deyirlər ki, ümumillikdə 250 ev sahibi MTK rəhbərinə 10 milyon manat pul ödəyib. İndi isə heç tikintisi tamamlamyan binaya daxil olmağa belə icazə verilmir. Hətta bu ilin əvvəlində MTK rəhbərliyi tərəfindən söz verilib ki, mənzillər may ayında təhvil veriləcək.

Bundan başqa, hətta elə sakinlər də var ki, onlar mənzili əvvəlki sahibindən alıb. Ancaq sonradan məlum olub ki, müqavilədə saxtakarlığa yol verilib.

Problemlə bağlı sakinlərlə birgə binanın həyatyanı sahəsinə daxil olduq. Ancaq burada bizi yalnız mühafizəçidən başqa heç kim qarşılamadı.

Ümumiyyətlə, burada binanın pilləkənlərində dəmir hasar qoyulub ki, yuxarı mərtəbələrə çıxmaq mümkün olmasın. Buna görə də sakinlərin bəhs etdiyi yuxarı mərtəbələrdə yerləşən mənzillərin görünütülərini lentə ala bilmədik.

Məsələ ilə bağlı MTK rəhbəri Cahangil Alışovla əlaqə saxlamağımız mümkün olmadı. Hüquqşünas Tahir Əlirzayev bildirdi ki, sakinlərin əlində hüquqi sənəd olan müqavilə varsa, onlar məhkəməyə müraciət etməlidir.