BolgeXeber.Com » BÖLGƏ TV » Əli baltalanan şəxsin atası: Dedi ki, ata qorxma, qorxma – VİDEO

Əli baltalanan şəxsin atası: Dedi ki, ata qorxma, qorxma – VİDEO

1-12-2015, 13:25
Oxunub: 829 Əli baltalanan şəxsin atası: Dedi ki, ata qorxma, qorxma – VİDEO“Lazım gəlsə sənin də əllərini doğrayarıq”

İki gün əvvəl Zaqatalada tükürpərdici cinayət əməlini törədən şəxslərdən biri məsuliyyətdən yayına bilməyib.

Bolgexeber.com region TV-yə istinadən xəbər verir ki, 26 yaşlı gəncin qollarını biləyindən kəsən şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Zaqatala şəhər sakini, 1985-ci il təvəllüdlü Musayev Araz Abdul oğlu saxlanılaraq istintaqa cəlb edilib. Hazırda cinayət əməlində əli olduğu ehtimal edilən digər şəxslər araşdırılır.

Xatırladaq ki, hadisə noyabrın 28-dən 29-a keçən gecə qeydə alınıb. Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahid oğlunun hər iki qolu bilək nahiyyəsindən kəsilib. İlkin ehtimala görə, cinayət borc üstündə törədilib.

Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun verdiyi məlumata görə, oğlunu maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vahid Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər.

Vahid Bəşirov - zərərçəkənin atası:

"Onlara dedim ki, 1350 manat pulu mən verəcəyəm sizə. 300 manatını verdim, maşınımı satıb, qalanını da verəcəkdim. Dedi ki, Vahid kişi, sənin oğlunun əllərini doğramışıq, lazım gəlsə sənin də əllərini doğrayarıq. Gəldim xəstəxanaya, gördüm ki, oğlum ayaqüstə, əlləri qan içində. Dedi ki, ata qorxma, qorxma".

Həkimlər ağır vəziyyətdə olan gəncə dərhal ilkin tibbi yardım göstərib və üzərində cərrahiyyə əməliyyatı aparıblar. Hazırda 26 yaşlı Vüsal Bəşirovun vəziyyəti orta-ağırdır. Onu da qeyd edək ki, cinayət zamanı şübhəli şəxslər baltadan istifadə ediblər.

Hazırda faktla bağlı Zaqatala rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin dəqiq təfərrüatları isə aparılan araşdırmalardan sonra məlum olacaq.