BolgeXeber.Com » BÖLGƏ TV » Heydər Əliyev Sarayının qarşısındakı parkinq biabırçılığı - VİDEO

Heydər Əliyev Sarayının qarşısındakı parkinq biabırçılığı - VİDEO

2-12-2015, 17:38
Oxunub: 2 643 Heydər Əliyev Sarayının qarşısındakı parkinq biabırçılığı - VİDEODekabrın 1-də axşam saatlarında Bülbül, Fizuli, Şəmsi Bədəlbəyli və Səməd Vurğun küçələrində sonu görünməyən avtomobil tıxacı müşahidə olunub

Heydər Əliyev Sarayında təşkil olunmuş konsertə gələn qonaqlar avtomobillərini yol boyu necə gəldi saxladıqlarından sarayın ətrafında olduqca əcaib mənzərə yaranıb. Həmin yollardan istifadə edən digər sürücülərə, demək olar ki, hərəkət etmək üçün yer qalmayıb.

Redaksiyamıza həmin situasiyanı əks etdirən maraqlı videosüjet daxil olub. Video “Qanunsuz parklamaya qarşı mübarizə” ictimai hərəkatının rəhbəri İskəndər Quliyev tərəfindən lentə alınıb. Onun ötən gün adları qeyd olunan küçələrdəki vəziyyətə dair şərhini təqdim edirik: “Təəssüflər olsun ki, belə mənzərələrlə Bakının küçələrində tez-tez rastlaşırıq. Yüzlərlə maşının ümumi istifadə üçün nəzərdə tutulmuş bir neçə yolu bağlaması ciddi qanun pozuntusudur. Heydər Əliyev Sarayında konsert proqramları olduğu günlərdə Bülbül, Fizuli, Şəmsi Bədəlbəyli və Səməd Vurğun küçələri boyunca hərəkət etmək mümkünsüz hala çevrilir. Maraqlıdır, şəhərin belə halların tez-tez təkrarlandığı hissəsi nə üçün yol polisinin nəzarətindən kənarda qalır? Tutaq ki, problemi vaxtında aradan qaldırmaq mümkün olmayıb. Bəs niyə görə avtomobillərin belə bir tıxacda hərəkətini nizamlamaq üçün heç nə edilmədi? Amma mənim ən çox marağımı cəlb edən başqa məsələ oldu. Adətən qanunsuz parklama ilə qınaq obyektinə çevrilən sürücülər avtomobil üçün boş yer tapa bilmədiklərini deməklə özlərinə bəraət qazandırmağa çalışırlar. Amma bu, bəhanədir. Çünki Heydər Əliyev Sarayının lap yaxınlığında müasir standartlara cavab verən böyük yeraltı avtomobil dayanacağı var. Əgər istifadəsiz qalacaqdısa, maşınları yenə də əvvəlki kimi yolun ortasında saxlayacadılarsa, o zaman dövlət niyə görə bu dayanacağın tikintisinə külli miqdarda vəsait sərf edib? Yol polisi maşınların orada saxlanılmasını təmin etməlidir”.musavat.com