BolgeXeber.Com » BÖLGƏ TV » «Meşə qardaşları»nın pullarını yeyəni belə güllələdilər – VİDEO

«Meşə qardaşları»nın pullarını yeyəni belə güllələdilər – VİDEO

4-12-2015, 13:33
Oxunub: 3 493 «Meşə qardaşları»nın pullarını yeyəni belə güllələdilər – VİDEOSilahlı qruplaşmanın sabiq rəhbəri — 2014-cı ildə öldürülən Tural Atayev onu bui şlə vəzifələndirmişdi

FaktXəbər-in verdiyi məlumata görə, Dağıstanda vəhabilər arasında pul üsğtündə yaranan narazılığa görə, nüfuzlu din xadimi güllələnərək öldürülüb. 22 yaşlı Süleyman Süleymanov tanınmış vəhabi imamı Əbu Ömər Sasitlinskinin xələfi idi.

«Böyük ehtimalla onlar yerli vəhabilərin biznesmenlərdən «cihad» üçün yığdıqları pulları bölüşdürə bilməyiblər. Yerli biznesmenlər ekstermistlələ xərac verirlər. Bu da silahlı qruplaşmaların maliyyələşməsinə gedir. Ekstremistlər artıq uzun müddətdir ki, xəracın bölünməsinə görə münaqişədə idilər», — deyə mənğbədən bildirilib.

Mənbə onu da qeyd edib ki, silahlı qruplaşmada çoxdandır ki, pula görə parçalanma getmişdi. Və maliyyənin əsas hissəsi Süleymanovda idi. Silahlı qruplaşmanın sabiq rəhbəri — 2014-cı ildə öldürülən Tural Atayev onu bui şlə vəzifələndirmişdi.

Bu dəfə də «cihad» üçün növbəti «porsiyanı» alan Süleymanov vəsaitlərin bir hissəsini «meşə qardaşları»na verməkdən imtina etmişdi. Bu da onun ölüm səbəbi kimi göstərilir.
Bolgexeber.com