BolgeXeber.Com » BÖLGƏ TV » Piyadalara həsrət qalan keçidlər-VİDEO

Piyadalara həsrət qalan keçidlər-VİDEO

5-12-2015, 13:22
Oxunub: 2 980 Piyadalara həsrət qalan keçidlər-VİDEOBakıda yol ötürücü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin çox olmasına baxmayaraq piyadaların əksəriyyəti bu keçidlərdən istifadə etmir

Keçidlər piyadalara həsrət qalıb desək, yanılmarıq. Onlar bu keçidlərdən istifadə etməyərək öz təhlükəsizliklərinin qeydinə qalmamaqla yanaşı sürücülərin də həyatlarını risk altına atırlar. Piyadaların onlar üçün nəzərdə tutulan keçidlərdən istifadə edib-etmədiyini öyrənmək üçün əməkdaşlarımız Binəqədi rayonuna yollandılar.Burada piyada keçidi olsa da insanların çoxu həyatlarını təhlükəyə ataraq keçiddən keçmir. Hətta valideyinlər təkcə özlərini yox həm də azyaşlı övladlarının həyatını təhlükə altında qoyurlar.Səbəb olaraq isə müxtəlif bəhanələr gətirərək,özlərinə haqq qazandırırlar.Ən məşhur bəhanə isə “tələsirəm” sözüdür!
Deyirlər insan nə edirsə özünə edir,çalışaq canımızın qeydinə qalaq.Nə də olsa bu can insana bir dəfə verilir!
Bolgexeber.com