BolgeXeber.Com » BÖLGƏ TV » Ordumuz düşmən qərargahını vurdu, polkovnik və daha bir neçə erməni hərbçisi öldü

Ordumuz düşmən qərargahını vurdu, polkovnik və daha bir neçə erməni hərbçisi öldü

5-12-2015, 15:14
Oxunub: 1 617 Ordumuz düşmən qərargahını vurdu, polkovnik və daha bir neçə erməni hərbçisi öldüİnternet resurslarında Azərbaycan artilleriyasının işğal altındakı ərazilərdə Ermənistan ordusunun mövqelərinə sərrast zərbə endirməsinə dair görüntülər yayılıb

Virtualaz.org saytı xəbər verir ki, pilotsuz kəşfiyyat təyyarəsindən çəkilmiş görüntülərə əsasən erməni ordusunun təmas xəttində, yaxud təmas xəttinə yaxın yerləşən mövqelərində əvvəlcə “pikap” tili avtomobillər və bir neçə hərbçi görünür.

Daha sonra bir-birinin ardınca artilleriya mərmiləri partlayır və düşmən qüvvələrinin mövqeləri dəqiq zərbələrə məruz qalır.

Bu zaman həmin mövqelərdə olan erməni hərbçilərinin öldüyü və yaralandığı şübhəsizdir.

Videokadrları report.az saytı internet mənbələrinə istinadən yayıb.

Məlumata görə, ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri də olub. Həmçinin ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var.

Bu hadisənin nə vaxt baş verdiyi məlum olmasa da ehtimal edilir ki, videokadrlar Azərbaycan ordusunun düşmən mövqelərinə bir gün əvvəl endirdiyi zərbələri əks etdirir.

Dekabrın 4-nə keçən gecə Ermənistan qüvvələri bir neçə istiqamətdən ordumuzun mövqelərinə həmlə etməyə cəhd edib. Bu zaman Azərbaycan ordusunun bölmələri düşmənin həmlələrinin qarşısını alıb və əks-zərbələrlə onu geri oturdub. Düşmənin xeyli tki verdiyi bildirilsə də Dağlıq Qarabağdakı rejimin “müdafiə nazirliyi” cəmi bir hərbçinin öldüyünü təsdiq etmişdi.
Bolgexeber.com