BolgeXeber.Com » BÖLGƏ TV » Axtarışlar nəticə verməyib, yanğını söndürmək mümkün olmayıb - OPERATİV QƏRARGAHDAN

Axtarışlar nəticə verməyib, yanğını söndürmək mümkün olmayıb - OPERATİV QƏRARGAHDAN

8-12-2015, 14:56
Oxunub: 5 235 Axtarışlar nəticə verməyib, yanğını söndürmək mümkün olmayıb - OPERATİV QƏRARGAHDAN"Yanğının söndürülməsi ilə 7 gəmi məşğul olurdu, Bu gün daha 1-i qoşulacaq"

SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 11:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Hava açılan kimi, helikopterlər də axtarışlarda olan gəmilərə qoşulub. Axtarışlar davam etdirilir", - deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Yanğının söndürülməsi ilə 7 gəmi məşğul olurdu. Bu gün ərazində gəmilərə daha 1-i qoşulacaq".

***
"Günəşli" neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışı bütün gecə boyu davam etdirilib.

Gəmilərlə aparılan axtarış hələlik nəticə verməyib.

Səhər tezdən isə axtarışlara helikopterlər də qoşulub.

Bütün gecə boyu yataqda yanğının söndürülməsi işləri də davam etdirilib. Lakin yanğının qarşısını almaq da hələlik mümkün olmayıb.

Qeyd edık ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb. Onlar bu gün dəfn olunacaqlar.