BolgeXeber.Com » BÖLGƏ TV » Ukraynada Rusiya diversantları tutuldu – VİDEO

Ukraynada Rusiya diversantları tutuldu – VİDEO

11-12-2015, 14:04
Oxunub: 2 403 Ukraynada Rusiya diversantları tutuldu – VİDEOUkrayna Təhlükəsizlik Xidməti Kiyevdə 7 diversantı saxlayıb

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, diversantlardan üçü Rusiya vətəndaşıdır.

Məlumata görə, diversantlardan biri əməliyyatı həyata keçirən “Alfa” xüsusi bölməsinə silahlı müqavimət göstərib. Nəticədə “Alfa”nın iki əməkdaşı yaralanıb. Onlardan biri xəstəxanada dünyasını dəyişib.

Diversantlardan böyük miqdarda silah arsenalı, o cümlədən səkkiz əldəqayırma partlayıcı qurğu, dörd kiloqram trotil və iki min patron götürülüb.

“2015-ci il 9 dekabr gecəsi Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı nəticəsində diversiya-kəşfiyyat qrupunun fəaliyyətinə son qoyulub. Qrup Ukraynanın bir sıra şəhərlərində hərəkət edirdi”, - Təhlükəsizlik Xidmətinin mətbuat katibi Yelena Qitlyanskaya “Facebook”da yazıb.