BolgeXeber.Com » BÖLGƏ TV » Müəmmar Qəddafinin oğlu qorxunc vəziyyətdə üzə çıxdı (VİDEO)

Müəmmar Qəddafinin oğlu qorxunc vəziyyətdə üzə çıxdı (VİDEO)

12-12-2015, 13:34
Oxunub: 2 784 Müəmmar Qəddafinin oğlu qorxunc vəziyyətdə üzə çıxdı (VİDEO)40 yaşlı biznesmen Hannibal Qəddafi azad edilib

Livanda silahlı dəstə tərəfindən oğurlanmış mərhum Liviya lideri Qəddafinin oğlu Hanibal sərbəst buraxılıb. Bu barədə BBC telekanalı Liviyanın təhlükəsizlik mənbələrinə istinadən xəbər yayıb.

Döyüşçü dəstə zəngin biznesmeni sərbəst buraxmazdan əvvəl onun videmüraciətini kamerayla çəkib. Döyüşçülərin təkidi ilə öz ölkəsinin hökümətinə etdiyi müraciətdə Hanibal 1978-ci ildə tanınmış livanlı şiyə dini xadimi Musa-Əl-Sədrin müəmmalı şəkildə yoxa çıxması ilə bağlı ətraflı məlumatların verilməsini tələb edib.

20-ci əsrin ən nüfuzlu dini xadimlərindən sayılan Əl Sədr digər 2 həmkarı ilə birgə Liviyaya səfərindən sonra itkin düşüb. Öz vaxtında Müəmmər Qəddafi ruhanilərin yoxa çıxması ilə heç bir əlaqəsinin olmadığına əmin etsə də, çoxları ondan şübhələnib.

Müəmmar Qəddafinin oğlu qorxunc vəziyyətdə üzə çıxdı (VİDEO)

Müəmmar Qəddafi - Liviyanın devrilmiş prezidenti

Qəddafinin oğlu videomüraciətdən sonra Balbək şəhərində azad edilib və Livanın paytaxtı Beyruta göndərilib. Qəddafi rejimi zamanı dəbdəbəli həyat tərzi ilə ad çıxaran 40 yaşlı biznesmen çevrilişdən sonra 2012-ci ildə Omanda sığınacaq alıb.

Bununla belə bacısı Ayişə və anası Safiyə ilə ev dustağı şəraitində yaşayıb. Onun nə vaxtdan Livana köçdüyü barədə məlumat yoxdur. Hannibalın atası polkovnik Qəddafi isə 2011-ci ildə ərəb baharı etirazlarından qaynaqlanan silahlı üsyandan sonra hakimiyyətdən kənarlaşdırılıb və üsyançılar tərəfindən qətlə yetirilib.


Qəddafinin oğlu Hannibalın videomüraciəti