BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda yol polislərini susduran qadın … (video)

Bakıda yol polislərini susduran qadın … (video)

14-12-2015, 13:54
Oxunub: 3 023 Bakıda yol polislərini susduran qadın … (video)Vətəndaşın müdafiəsinə qalxan qadın yol polislərinin digər avtomobillərə göz yumduğunu bildirib

Sosial şəbəkələrdə xanım vətəndaşla yol polisləri arasında dialoqu əks etdirən video yayılıb. Avtosfer.az-ın məlumatına görə, video metronun «28 May» stansiyasının qarşısında çəkilib. Həmin ərazidə yolun əksinə gedən sürücünü saxlayan yol polislərinə bir qadın yaxınlaşıb. Həmin qadın iddia edir ki, eyni qayda pozuntusunu daha iki avtomobil pozsa da, yol polisləri həmin maşınlarla bağlı heç bir tədbir görmür. Bundan əlavə, qadın iddia edir ki, iki DYP avtomobili də sren səsdən və sayrışan işıqlardan istifadə etmədən yolun əksinə gedirlər. Qadının bütün iradlarına tutarlı cavab verə bilməyən yol polisləri onu oradan uzaqlaşdırmağa çalışıblar.
Həmin görüntüləri təqdim edirik:
Bolgexeber.com