BolgeXeber.Com » BÖLGƏ TV » «Arzu salamat qal» yazan neftçinin həyat yoldaşından ürək sızladan sözlər …. (video)

«Arzu salamat qal» yazan neftçinin həyat yoldaşından ürək sızladan sözlər …. (video)

15-12-2015, 09:04
Oxunub: 19 318 «Arzu salamat qal» yazan neftçinin həyat yoldaşından ürək sızladan sözlər …. (video)Balaları üçün canından keçən İman Qasımovun övladları hələ də onun sağ olduğunu düşünür

«Özümü ona qurban verməyə hazıram. Təki gəlsin. Onun sağ olmasına dair hələ də ümidlərim var». Bu sözləri «Günəşli” yatağında baş verən yanğında itkin düşən neftçi İman Qasımovun həyat yoldaşı Arzu xanım deyib.

ANS-in efirində yayımlanan «Deməsək olmaz” verlişinin bugünki mövzusu milli adət-ənənələrə və dəyərlərə söykənən Azərbaycan ailəsi olub. Aparıcısı Xoşqədəm Hidayətqızı mövzu ilə bağlı dekabrın 4-də «Günəşli” yatağında baş verən faciədə itikin düşən və hələ də bir xəbər alınmayan neftçi İman Qasımovun evində qonaq olub. İtkin neftçinin həyat yoldaşı Arzu Qasımova həyat yoldaşından ürəkdolusu danışıb:

«Biz ailələrimizin məsləhəti ilə evlənmişdik. İman Bakıda çoxdan yaşayırdı. 19 yaşında ailə qurduq və 28 ildir ki, evli idik. 4 övladımız var: iki qız və iki oğlan. Hər ailədə söz-söhbət olur. Amma biz bir saatdan artıq küsülü qala bilməzdik. İman elə bir insan idi ki, o nə desə o olmalı idi. Mən çətinlik görməmişəm. İman buna imkan verməyib. İman heç vaxt sevgisinə dilə gətirməzdi. Amma mən onun ürəyindən keçənləri biliridim. Özümü ona qurban vermyə hazıram. O bilir ki, mən nə gündəyəm, uşaqları nələr çəkir. Dekabrın 4-nə qədər çox xoşbəxt idim”.

Balaları üçün canından keçən İman Qasımovun övladları hələ də onun sağ olduğunu düşünür. Dənizi sevən neftçi sonuncu dəfə işə yollananda, evdən çıxarkən bir daha geri dönüb və yoldaşı Arzu xanma «salamat qal» deyərək uzaqlaşıb.

Xəzərdə küləyin gücləndiyini görən neftçi yoldaşına şeir parçası da göndərib. Bundan sonra isə İman vəziyyətin daha da pisləşdiyini duyur və uşaqları yoldaşına tapşırır. Ondan «uşaqlara böyüklük etməyi” xahiş edib. Daha sonra isə heç bir suala cavab verməyib.

Qeyd edək ki, artıq «Deməsək olmaz” verlişinin formatında dəyişiklik olunub. Verliş hər gün saat 14:00-dan 14:45-ə qədər qadınlara həsr olunan mövzuları ilə efirdə yayımlanacaq.
Bolgexeber.com

«Arzu salamat qal» yazan neftçinin həyat yoldaşından ürək sızladan sözlər …. (video)