BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanlı qız erməniyə ərə getdi: Sosial şəbəkələr etiraz edir - VİDEO
Azərbaycanlı qız erməniyə ərə getdi: Sosial şəbəkələr etiraz edir - VİDEO
15-12-2015, 11:47
Oxunub: 3 553Bəyin bahalı avtomobildən tapança ilə atəş açması da diqqətdən yayınmayıb
Rusiyada yaşayan azərbaycanlı qızın erməniyə ərə getməsi ilə bağlı lentə alınan görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, Leyla adlı azərbaycanlı qızın Artyom adlı erməni ilə ailə qurması birmənalı qarşılanmayıb.
Belə ki, azərbaycanlı sosial şəbəkə istifadəçiləri qızın bu addımını qınayıblar, onların arasında qızın bu addımını dəstəkləyən də olub.
Onlar bildiriblər ki, milliyyətin fərqi yoxdur, əsas xoşbəxtçilikdir.
Onu da əlavə edək ki, videoda bəyin bahalı avtomobildən tapança ilə atəş açması da diqqətdən yayınmayıb.
Qeyd edək ki, erməni oğlanla azərbaycanlı qız 2012-ci ildə ailə qurublar, lakin görüntülər sosial şəbəkələrdə indi yayılıb və böyük müzakirələrə səbəb olub.